Sosial, Xəbərlər, ZZ-Manşet

Öldürülən tələbənin qətlinin bəzi təfərrüatları məlum olub

ec11d3e924828f0a23d51b774865fb44

Azərbaycanlı tələbə Məhəmməd Səfərəliyevin Krımın Simferopol şəhərində öldürülməsi ilə bağlı yeni məlumatlar üzə çıxıb.

GSR.fm-in APA-ya istinadən verdiyi məluamata görə, M. Səfərəliyevin qardaşı Ramin Səfərəliyev  bildirib ki, hadisə sentyabrın 26-ı axşam Simferopolda baş verib.

Simferopoldakı ali məktəblərdən birinin yuxarı kurs tələbəsi olan M. Səfərəliyevin iranlılar tərəfindən öldürüldüyü bildirilir. M. Səfərəliyevə arxadan çoxlu bıçaq zərbəsi vurulub, o, aldığı zərbələrdən dünyasını dəyişib.

Qətlin səbəbi hələlik məlum deyil.

M. Səfərəliyevin meyitinin sabah Azərbaycana gətirilməsi nəzərdə tutulur.

Məsələ ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyindən münasibət öyrənmək mümkün olmayıb.

***

Ukraynada azərbaycanlı tələbə qətlə yetirilib.

Hadisə sentyabrın 26-da Simferopol şəhərində qeydə alınıb. Zaqatala rayon sakini, 22 yaşlı Məhəmməd Amil oğlu Səfərəliyev naməlum şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Mərhumun meyiti bu günlərdə Azərbaycana gətiriləcək.

Qeyd edək ki, M. Səfərəliyev Ukraynada ali təhsil alıb.

Öncəki xəbərNövbəti xəbər

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.