Siyasət, ZZ-Manşet

Ölkə başçıları Azərbaycan prezidentini təbrik ediblər

ilham2Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Azərbaycanın dövlət başçısı İlham Əliyevi 28 May – Respublika Günü münasibəti ilə təbrik edib.

GSR.fm President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

“Milli bayramınız – Respublika Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Qırğızıstan ilə Azərbaycan arasında ənənəvi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qardaş xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm”.

İ. Əliyevi 28 May- Respublika Günü münasibəti ilə həmçinin Montoneqronun Prezidenti Filip Vuyanoviç, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi təbrik ediblər.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.