Bloq, P.S, ZZ-Manşet

Ölümün qapısını döyənlər - Bloq

rufane gunes

Ölümə doğru gedirəm, asta-asta, sakit-sakit
Gözləmək istəmirəm ölüm gəlib qapımı döysün.
Sürpriz bir qonaq kimi mən duracağam ölümün qapısında
Allah qonağı gəlib qəbul et deyəcəyəm
Allah qonağı geri çevrilməz
Gözlərinə baxacağam onun
Şirin-şirin gülümsəyəcəyəm
O da baxıb qorxacaq məndən
Gözlərinə dik-dik, gülə-dülə baxdığım üçün
Sənin axı indi vaxtın deyil deyəcək
Tezdir axı, niyə bu qədər tələsirsən?
Tələsmə sənin də zamanın gələcək
Elə düşün ki qonaq gəlmisən, ev yiyəsi evdə yoxdur.
Qayıt geri, öz evinə
Mən sürprizləri sevmirəm, çünki özüm sürpriz edirəm-deyəcək ölüm
Mən sənin qapını döyəndə sənin heç təəccüblənməyə də vaxtın olmayacaq
Ölümdən eşitdiyim sözlər silkələdi məni, ayıldım
Və düşündüm
Mən bu qədərmi gücsüzəm?
Ölümdən mədət umacaq qədər?
O həyatım boyu qapımı bir dəfə döyəcək
Bəs mən niyə onun qapısını hər gün döyürəm?

Müəllif: Rüfanə Günəş

Yazılan fikirlər müəllifin şəxsi mülahizələridir, redaksiya bu fikirlərə görə, məsuliyyət daşımır.

 

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.