İdman, ZZ-Manşet

“Olympic Moves 2017” Bakı məktəblərinə təqdim edildi

olympic moves_baki teqdimat21 Dekabr 2016-cı il tarixində  Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (MOK), Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyinin və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Olympic Moves – 2017” (“Olimpiya Hərəkatı – 2017”) məktəblilərin kütləvi idman proqramının  Bakı şəhər məktəbləri  üçün II mövsümünün təqdimat mərasimi baş tutub.

GSR.fm xəbər verir ki, “Olympic Moves 2017” proqramının əsas məqsədi Qlobal “Olimpiya Hərəkatı” platformasından istifadə etməklə məktəblilər arasında Olimpiya dəyərlərini təbliğ edərək yüngül atletika, velosiped idmanı, basketbol 3×3, badminton və voleybol 2×2 idman növləri üzrə məktəb və şəhər yarışları keçirməklə şagirdləri sağlam və aktiv həyat tərzinə cəlb etməkdir. 2015-ci ildə Bakı mətkəblərinin iştirakı ilə başlayan “Olympic Moves” proqramı bu dəfə təkcə Bakı məktəbləri deyil, Sumqayıt, Göygöl və Gəncə məktəblərini də əhatə edəcək.

Təqdimat mərasimində iştirak edən Milli Olimpiya Komitəsinin nümayəndəsi Vaqif Əliyev, Milli Olimpiya Komitəsinin Marketinq Direktoru Mehman Kərimov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Ərşad Nəsibov, Təhsil Respublika İdman Mərkəzinin direktoru Natiq Lahıcov hədəf idman növlərində kütləvi iştirakı artırmaq məqsədilə keçirilən “Oympic Moves” proqramı barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər.

Həmçinin, “Olympic Moves” proqramının I mövsümünün fəaliyyətini işıqlandıran video çarxın nümayişi keçirilib.

Daha sonra Bakı şəhər ümumtəhsil orta məktəblərinin direktor və fiziki tərbiyə müəllimlərinin oyunlarla bağlı sualları cavablandırılıb. “Olympic Moves” proqramına ötən il qoşulan məktəb nümayəndələri tədbir iştirakçıları ilə təcrübələrinin bölüşüblər.

Qeyd edək ki, Məktəblilərin “Olympic Moves” idman proqramının əsası 2003-cü ildə “Coca-Cola” və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən qoyulub. Proqram məktəblilərin daha fəal və sağlam həyat tərzinə cəlb olunmasına yardım edir. “Olympic Moves” proqramının Azərbaycanda icrasına 2015-ci ildə başlanılıb və bu proqram məktəblilərin idmana cəlb olunmasında əhəmiyyətli rol oynayır. “Olympic Moves-2017” proqramında ümumilikdə 100,000 nəfərdən artıq şagirdin iştirakı gözlənilir.

 

Öncəki xəbərNövbəti xəbər