İdman, Xəbərlər, ZZ-Manşet

“Olympic Moves” atletləri və müəllimləri “Bakı Marafonu 2017”də

OM-AZE-Logo-FINAL-no-frame

Aprel ayının 30-da Heydər Əliyev Fondunun təşəbbüsü, Dənizkənarı Bulvar İdarəsinin və Bakı Olimpiya Stadionunun dəstəyi ilə “Bakı Marafonu – 2017” təşkil olunacaq.  Marafon idmanın inkişafına dəstək olmaq və sağlam həyat tərzini təbliğ etmək məqsədilə keçirilir.

GSR.fm-in verdiyi məlumata görə, Dövlət Bayrağı Meydanından başlayaraq Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək marafona “Olympic Moves” proqramının 12 nəfərlik atletlər və müəllimlərdən ibarət heyəti qoşulacaq.

Heyət üzvləri – Əsədov Namiq, Abdullayev Şahin, Vəliyeva Lamiyə, Əhmədov Kamran, Vəliyev İsa, Hacıyev Natiq, Heydərli Rasim, Salamova Ayşən, Əliyeva Aydan, Heydərli Rəsul, Əbdülrəhmanov Riyad, Fəttahov Tahir – marafonda iştirak edəcək.

“Olympic Moves” proqramı Azərbaycan Respublika Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi,Gənclər və İdman Nazirliyi,  həmçinin Beynəlxalq Olimpiya Komitəsinin ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin birgə təfərdaşlığı ilə həyata keçirilir. Lahiyənin proqramına 5 idman növü – voleybol 2×2, basketbol 3×3, badminton, atletika və veloidman üzrə yarışlar daxildir.

Qeyd edək ki,”Olympic Moves” proqramının Azərbaycanda icrasına 2015-ci ildə başlanılıb və bu proqram bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşməsini təmin edir.

Öncəki xəbərNövbəti xəbər