OPEC ölkələri nümayəndələri neft hasilatının dondurulmasına dair konsensusa nail olublar.
GSR.fm APA-ya istinadən xəbər verir ki, orta sutkalıq hasilatın 32,5 milyon barel səviyyəsinədək məhdudlaşdırılmasına dair razılıq əldə olunub.
Bildirilir ki, bununla bağlı kartel digər neft ixracatçı ölkələrini sazişə qoşulmağa çağıracaq.