Podkastlar

Opera ilə rokun sintezi – “Queen”

“Mən demək istəyirəm ki, mən inanmırdım biz bu qədər uzun yol qət edəcəyik. Və bu haqda heç vaxt düşünmürdük. Səhər oyanırsan və düşünürsən,  Allahım bu alınacaq.  Sadəcə tələsirsən ki, yeni idealarla gələsən və nə edəcəyin haqqında fikirləşəsən. Və beləliklə uzun müddət biz bunu ciddi qəbul etmədik. Və nəhayət,  biz ideamızı ciddiyə aldıq.  Və mən sadəcə özüm-özümə fikirləşdim ki, biz cəhd etməliyik və fanatlarımızı əyləndirməliyik.”

Bu sözlərin sahibi məşhur “Queen” rok qrupunun yaradıcısı Freddie Mercury-dir. Öz adı Farrokh Bulsara olan Mercury 1946-cı ildə Afrikada anadan olub. Dünyanın ən güclü vokalisti olaraq xatırlanan Mercury Opera ilə Rok musiqisini sintez edərək yeni bir musiqi anlayışını insanlara çatdırır.

1970-ci ildə “Smile” qrupunun dağılmasından sonra Freddie Mercury  Brain May və Rogger Taylor ilə birgə Londonda “Queen” qrupunu yaradırlar. Bir il sonra John Deacon’un da qatılması ilə qrup tamamlanır. Bu ingilis rok qrupunun albomları dünyada 300 milyondan çox satılır. 1970-ci ildə yaranmasına baxmayaraq hazırda da bu qrupun böyük dinləyici kütləsi var. “Hard rock”, “heavy metal”, “opera rock” və bir çox belə janrdakı ifaları ilə hələ də özlərindən bəhs etdirən “Queen” qrupunun loqosu Freddie Mercury tərəfindən ilk albom satışa çıxmadan əvvəl yaradılır. Loqoda bütün grup üzvlərinin zodiak simvollarından istifadə olunub; Deacon və Taylor’u təmsilən iki aslan, May’i təmsilən bir xərçəng və Mercury qız bürcü olduğu üçün təmsilən iki pəri. 2 aslanın qucaqladığı “Q” hərfinin ortasında bir tac və bütün bunların üzərində bir simurq quşu var. 215757_10151028612322362_542456460_n

İlk olaraq 1973-cü ildə “Keep Yourself Alive” adı ilə 45lik çıxarmağı bacaran qrup ara vermədən ilk albomları olan “Queen I”i eyni il satışa çıxarır. 1974-cü ildə “Seven Seas of Rhye” single ilə qrup ilk dəfə İngiltərə musiqi çarxlarına girir. 3-cü “Sheer Heart Attack” adlanan albomlarında yer alan “Killer Queen” sinqlı daha böyük uğur əldə edərək ən çox dinlənilənlər siyahısında 2-ci yerə qalxır. Amma əsas uğur 1975-ci ildə “A Night at the Opera” albomundakı “Bohemian Rapsody” sinqlı ilə olur. Mahnı İngiltərə siyahısında 9 həftə birincilikdə qalır və beynəlxalq uğur əldə edir.

Bundan sonra Queen 16 il bir çox hit mahnılar bəstələyir. 80-ci illərdə uğurlu kariyerasına davam edən qrupda 1987-ci ildə Mercury’nin QİÇS xəstəsi olduğu ortaya çıxır və qrup bir müddət işlərinə ara verir. 1989-cu ildə “The Miracle” və 1991-ci  ildə son albomları “İnnuendo” satışa verilir.

1991-ci il 23 noyabrda Mercury QİÇS xəstəsi olduğunu dünyaya bildirir və ertəsi gün dostları və ailəsinin yanında vəfat edir. 1995-ci ildə Mercury’nin ölümündən əvvəlki işlərindən toplanan musiqilərdən “Made in Heaven” albomunu çıxarır və sonra qrup uzun müddət səssiz qalır. Bu səssizlik 2004-cü ildə başlayan Queen + Paul Rodgers birliyinə qədər davam edir. Onlar  birlikdə dünyanın bir çox ölkələrində konsertlər verirlər. Bu bir müddət davam etdikdən sonra Rodgers bunun qalıcı bir birlik olmasını istəmədiyini bildirərək Queen + Paul Rodgers birliyinin sona çatdığını 2009-cu ilin mayında bildirir.

Bundan sonra qrup vokalist Adam Lambertlə əməkdaşlıq etməyə başlayır. 2009-da başlayan bu birlik hal-hazırda da dünyanın fərqli yerlərində konsertlər verməkdə davam edir.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.