Podkastlar

Opera – musiqili dram

Opera – Bir teatr səhnəsində incəsənətin müxtəlif növlərinin – dramaturgiya, musiqi, təsviri incəsənət (dekorasiyalar, geyimlər), xoreoqrafiyanı (balet) özündə birləşdirən sintetik janrdır. Opera adı Avropada XXII əsrin birinci yarısından etibarən işlənməyə başlayıb. XIX əsrin ortalarında opera bəstəkarları öz operalarını yenidən musiqili-dram adlandırmaga başlayırlar.

Opera heyətinə solist, xor, orkestr, hərbi orkestr, orqan daxildir. Operada qadın səsləri soprano, messo-soprano, kontralto, kişi səsləri isə kontrtenor, tenor, bariton, bas kimi xarakterizə olunur. Opera əsəri aktlara, şəkillərə, səhnələrə və çıxışlara bölünür. Aktları proloq başlaya, epiloq sonlandıra bilər. Opera əsərinin hissələri – reçitativlər, arioso, mahnılar, ariyalar, duetlər, trio, kvartetlər, ansambllar və.s  simfonik formalar isə üvertüra, introduksiya, antraktlar, pantomim, melodrama, yürüşlər, balet musiqisindən ibarətdir. Operanın tarixən müəyyən növləri də formalaşmışdır. Opera yaradıcılığında ümumi qanunauyğunluqlara baxmayaraq, onun komponentləri operanın növündən asılı olaraq, böyük opera, yarikomik, komik və romantik opera kimi müxtəlif şəkildə anlaşılır. Operettanı komik operanın törəməsi hesab etmək olar.

İlk irihəcmli opera 1597-ci ildə səhnələşdirilmiş alman bəstəkarı Cakobo Perinin “Dəfnə” operası hesab olunur. Tezliklə opera İtaliyada, daha sonra isə Avropanın digər ölkələrində tanınır və dinlənilir.  Kütlə üçün ilk opera teatrı 1637-ci ildə Venesiyada açılıb. Venesiyada 1637-ci ildən 1702-ci ilə kimi yeddi teatr binası tikilərək, istifadəyə verilir. Həmin teatrlar üçün 357 opera yazılır. İlk operalar Alman, İngilis, Fransız və Azərbaycan bəstəkarları tərəfindən yazılır.

Operanın musiqili dramaturgiyasında əsas rol orkestrə ayrılıb. Orkestrin simfonik vasitələri obrazların tam şəkildə açılmasına xidmət edir. Üvertüra, antrakt – operanın ayrıca orkestr epizodlarıdır. Operanın daha bir komponenti balet – xoreoqrafik səhnələr hesab olunur. İlk Azərbaycan operası Üzeyir Hacıbəyovun 1908-ci ildə yazdığı “Leyli və Məcnun” operası, ilk azərbaycanlı opera müğənnisi Şövkət Məmmədova, Şərqin ilk opera yazan qadın bəstəkarı Şəfiqə Axundovadır.

Bu gün də fəaliyyət göstərən Azərbaycan Dövlət Opera və Balet Teatrı isə 1910-cu ildə tikilərək, istifadəyə verilib.

Öncəki xəbərNövbəti xəbər

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.