Müsahibə, Sosial, ZZ-Manşet

“Orada yaşamaq qaçqınlar üçün təhlükəlidir”

elxan sahinogluAzərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Firidun Nəbiyev Cenevrədə Qaçqınlar üzrə ali komisar Filippo Qrand ilə görüşüb. O, Ermənistanın Suriyadan gələn qaçqınları Dağlıq Qarabağ ərzazisində  yerləşdirdikləri və bunun beynəlxalq hüquqa uymadığını bildirib.

Bu haqda GSR.fm-ə müsahibə verən Atlas araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirir ki, Ermənistan hakimiyyətinin bu addımları təxribat yaratmağa bənzəyir:

“Suriyada müharibə başlayandan sonra, Suriyadan müxtəlif növ qaçqınlar Türkiyə, Avropa ölkələrində yerləşməyə başladılar. Bu sırada Suriyada yaşayan ermənilərin də, Ermənistana gəlişi qeydə alınmağa başladı. Bundan sonra da xəbərlər gəlməyə başladı ki, Ermənistan hakimiyyəti onların bir hissəsini işğal altındakı torpaqlarda yerləşdirib. Bu beynəlxalq hüquqa əslində ziddir. Çünki hətta MİNSK qrupunun hazırladığı mərhələ həll planına görə, bütün işğal altındakı rayonlar boşaldılmalıdır. Mən haqlı hesab edirəm ki, Azərbaycan rəsmiləri bu məsələni beynəlxalq aləmdə qaldırırlar və  məsələni aydınlaşdırmağa çalışırlar. Təəssüf ki, hələ ciddi  reaksiya yoxdur.

Hətta MİNSK qrupu həmsədrləri belə, Ermənistanı bir neçə məsələni həll etməyə məcbur edə bilmirlər. Bunlardan biri işğal altındakı torpaqlarda təlimlərin keçirilməsi məsələsidir. Yenə də Ağdam səmasında təlimlər keçirilir və iki il bundan əvvəl məhz bu təlimlərin nəticəsi olaraq Azərbaycan ordusu işğalçıların helikopterini vurmaq məcburiyyətində qaldı. Yenə də eyni provakasiyaya baş vururlar.

Digər provakasiyası isə, Dağlıq Qarabağ ətrafında iaşə obyektləri tikmək, həm də orda Suriyadan gələn qaçqınları yerləşdirməkdir. Amma gərək Suriyadan gələn qaçqınlara çatdıraq ki, orada yaşamaq onlar üçün təhlükəlidir, çünki hər an Azərbaycan ordusu öz torpaqlarının azadlığı uğrunda döyüşlərə başlaya bilər. Qaçqınları yerləşdirirlərsə, ancaq  Ermənistanda yerləşdirə bilərlər. Ona görə bu məsələ daim diqqət mərkəzində qalmalı, ATƏT və BMT səviyyəsində müzakirə obyektinə çevrilməsinə çalışılmalıdır”.

Elxan bəy bu  məsələnin  tək Bakıda deyil, Cenevrədə, Berlində,  BMT-nin mənzili qərargahı Nyu Yorkda da  müzakirəyə çıxarılmalı olduğunu əlavə edir.

“Düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş olmur, MİNSK qrupu passivdir. Amma MİNSK qrupundan heç olmasa indiki şəraitdə Ermənistanın Dağlıq Qarabağdakı hərbi təlimlərinə son qoymasını  və Suriyadan gələn qaçqınları Dağlıq Qarabağın ətraf bölgələrində yerləşməsinə imkan verməməsini tələb etməliyik. Əgər bunu da etməyəcəklərsə MİNSK qrupunun fəaliyyətinin lazımılığı da sual altında qalır”.

Öncəki xəbərNövbəti xəbər

6 şərh

  1. Geri izləmə: vagragenericaar.org
  2. Geri izləmə: doctor7online.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.