Cəmiyyət, Z-Manset

“Oyuncaq silahlar uşaqlarda aqressiya yaradır”

Əli Aqşin və Əkbərlə həyətlərində taxta parçalarından düzəltdikləri “avtomatlarla”  oynayarkən rastlaşırıq.

 Əlinizdəkilərlə neyləyirsiz?

 -Biz, nişan tuturuq.

 Kimi vuracaqsız?

 -Erməniləri.. Maqazinləri nişan alırıq.

 Bunları necə düzəldirsiz?

 -Onları taxta tapırıq balaca, böyük. Bunu bura qoyuruq, bunu da üstünə. Sonra bunu skoçlayırıq. Qalır belə.

Bəs  görəsən azyaşlı uşaqların oyun üçün silahları seçməsi nə dərəcədə düzgündür?  Bunun onların psixologiyasına nə kimi təsirləri var?

Suallarımıza cavab tapmağa ilk olaraq valideynlərdən başladıq. Valideynlər arasında sorğu keçirib övladlarına hansı oyuncaqları aldıqlarını və bu oyuncaqlar arasında silahların olub-olmadığını soruşduq.

  – Oyun silahlarını uşaqlar üçün almıram. Əsəblərinə bütün təsir edir.  Ondan sonra televizora da elə bir şeyləri verəndə qoymuram baxsın. Ancaq maşın kolleksiyası var. Yığır 100 dənə 120 dənə maşını var. Yığır özü üçün maşınlarla oynayır. Hələ 5 yaşı var. Böyüyüb ataman olmayacaq ki, sadə vətəndaş olsun bəsdir.

-İndi biz uşaqlara leqalar alırıq. Onlar da inkişaf elətdirir uşaqları. Səviyyələrini artırır. Əslində bunlar yaxşıdır.Tapanca zad indi maraqlandırmır uje uşaqları,leqalarla oynayırlar. Bunlar az alınsa, o qədər yaxşıdır mənə elə gəlir.

-Ən son övladıma almışam muncuqlar, balaca övladıma. Çünki, muncuqlar onun beynində matorikasını inkişaf elətdirir və uşağın tez danışmasına təkan verir.Yox. Çalışıram almayım. Heç o qədər onların oyuncaqları içərisində  2 dənə ya olar, yada olmaz. Məncə hələ uşağın böyüyəndə çox vaxtı olacaq ki, başa düşsün müharibə nədir? Öldürmək nədir? Hələ ki o, uşaqdır. Məncə belə şeyləri lazım deyil ona almağa. Qoy uşağın ürəyində sevgi yaşasın.Şəkil6

Paytaxtdakı oyuncaq dükanlarından birinin sahibi Elçin Məmmədov bildirir ki, son zamanlar valideynlər övladlarına oyuncaq silahlar almamağa üstünlük verirlər.

Elçin Məmmədov:

-Oyuncaq silahlara üstünlük verilir. Amma oyuncaq silahlara valideynlər qabaqkı kimi çox üstünlük vermirlər almağa uşağa. Çünki, tapanca, avtomatdan daha çox başqa maşınlara üstünlük verirlər. Yəni, məzəli belə bir oyuncaqlara üstünlük verirlər. Nəyin ki, qaldı avtomat, tapanca tipli belə şeylərə valideynlər o qədər üstünlük vermir.

Psixoloq Narınc Rüstəmova oyuncaq silahlara əsasən oğlan uşaqlarının maraq göstərdiyini və bunun normal hal olduğunu qeyd edir. Amma onun sözlərinə görə, belə oyuncaqlar zədələyici olduğu təqdirdə uşaqlarda şiddətə meyillik yaradır,  bu da nəticədə onların aqressiv olmasına gətirib çıxarır.

Narınc Rüstəmova:

 -Uşaq öz güvənliyin oyuncaq üzərində göstərə bilər. Bu göstərir ki, uşaqda müdafiə mexanizmi, qoruyuculuq hissi daha güclüdür. Amma silah zədələyici olmamalıdır. Güllə səsi kimi effekt verən silahlar daha faydalıdır. Şariklər var ki, silah vasitəsilə atılır, zədələyə biləcək oyuncaqlar var ki, bu da uşaqları şiddətə yönəldir.

IMG_5991

Pisixoloq-psixoterapevt  Təhminə Çələbi deyir ki, valideynlər övladlarına oyuncaq seçərkən diqqətli olmalıdırlar, çünki oyuncaqlar uşaqlarda xarakterin formalaşmasında mühüm rol oynayır. Psixoloqun sözlərinə görə, əsasən aqressiv və dağıdıcı enerjiyə sahib uşaqlar oyuncaq silahlarla oynamağı sevirlər.

Təhminə Çələbi:

-Oyuncaq silah almaq olar. Uşağın öz seçimidir. Amma baxır oyuncaq silahla necə oynayırlar. Təbii ki burada cizgi filmlərinin rolu çox böyükdür. Cizgi filmlərində aqressiya çox təbliğ olunur. Boyevik filmlərdə çox təbliğ olunur. Ümumiyyətlə uşaqlar televiziyaya baxdığı zaman valideynlər yaş həddinə fikir verməlidir. Təbii ki bir çox valideyn buna fikir vermir, laqeyd yanaşırlar.

Öncəki xəbərNövbəti xəbər

4 şərh

  1. Geri izləmə: vagragenericaar.org
  2. Geri izləmə: generic ventolin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.