Sosial, ZZ-Manşet

Oyunlar zamanı mərkəzdə hərəkət edən avtomobillərin sayı açıqlanıb

baki gsr4Bakıda Avropa Oyunları ərəfəsi və oyunlar dövründə prospekt və küçələrdə hərəkət edən nəqliyyat vasitələrinin sayı məlum olub.

GSR.fm-in APA-ya istinadən verdiyi xəbərə görə, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı bildirib ki, Avropa Oyunları başlamazdan əvvəl , oyunlar vaxtı və oyunlar bitdikdən sonra paytaxt ərazisində iş günlərində prospekt və küçələrdə hərəkət edən nəqliyyat vasitələrinin orta sayının statistikası çıxarılıb.

Statistikaya əsasən, Avropa Oyunları başlamazdan əvvəl gündəlik olaraq, 28 may küçəsində 24824, Rəşid Behbudov küçəsində 51951, Üzeyir Hacıbəyli küçəsində 42214 , Zərifə Əliyeva küçəsində 42214 , Abbasqulu Ağa Bakıxanov küçəsində 39278 və Azərbaycan prospektində 26981 nəqliyyat vasitəsi hərəkət edib.

Statistikaya əsasən, Avropa Oyunları vaxtı bir gündə 28 may küçəsində 22434, Rəşid Behbudov küçəsində 35078, Üzeyir Hacıbəyli küçəsində 43310, Zərifə Əliyeva küçəsində 43330, Abbasqulu Ağa Bakıxanov küçəsində 36314 və Azərbaycan prospektində 24867 nəqliyyat vasitəsi qeydə alınıb.

Avropa Oyunlarından sonrakı günlərdə isə 28 may küçəsində 23473, Rəşid Behbudov küçəsində 34934, Üzeyir Hacıbəyli küçəsində 44779, Zərifə Əliyeva küçəsində 44561, Abbasqulu Ağa Bakıxanov küçəsində 35948 və Azərbaycan prospektində 25788 nəqliyyat vasitəsi müşahidə olunub.

Ş. Mehmanqızı həmçinin qeyd edib ki, paytaxtın əksər küçə və prospektində pik və qeyri-pik saatlarında avtomobil sıxlığı müşahidə olunmur.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.