Siyasət, Xəbərlər, ZZ-Manşet

Özbəkistanda seçki səsverməsi başa çatıb

ozbak-1

Özbəkistanda prezident seçkilərində səsvermə başa çatıb.

GSR.fm-in APA-ya istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 20.00-da (Bakı vaxtı ilə 19.00) seçki məntəqələri bağlanıb.

Yerli vaxtla saat 6.00-da (Bakı vaxtı ilə saat 5.00) açılan seçki məntəqələrində səsvermə başa çatana qədər 21,4 milyon seçicidən 17,69 milyon nəfər,  yəni 86,62 faizi səs verib.

Qeyd edək ki, Özbəkistanın birinci prezidenti İslam Kərimov bu il sentyabrın 2-də 78 yaşında insult nəticəsində həyatını itirib. Prezidentin müvəqqəti səlahiyyətlərini ölkənin baş naziri Şövkət Mirzəyev yerinə yetirir. Politoloqlar seçkilərdə prezident postuna əsas namizədin də Ş. Mirzəyev olduğu qənaətindədirlər. Ş. Mirzəyevin namizədliyi Özbəkistan Liberal-Demokrat Partiyası tərəfindən irəli sürülüb. Parlamentin aşağı palatasının vitse-spikeri Sarvar Otamuradovun namizədliyi Milli Dirçəliş Partiyası tərəfindən irəli sürülüb. Ədalət Sosial-Demokrat Partiyasının lideri Nəriman Umarov və Xalq-Demokrat Partiyasının sədri Xatomjon Ketmenov da prezidentliyə namizəddirlər.

Seçkinin ilkin nəticələrinin sabah səhər açıqlanacağı gözlənilir.

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Geri izləmə: albuterol inhaler

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.