Ondan Sonra

“Özümü tərbiyə olunmayan biri kimi hiss edirəm”

“Ondan sonra” verilişinin 13 noyabra olan efirinin qonağı fotoqraf Cahangir Yusif oldu. Şahnaz bu dəfə Cahangir Yusif ilə “İnsanın özünü kəşfi”ndən danışdı. Qonağın fikrincə gənclər həyatlarını istədikləri kimi yaşamalıdırlar, fərqli mədəniyyətlərə, insanlara və düşüncələrə toxuna biləcək qədər sərbəst olmalıdırlar, çoxlu səyahət etməlidirlər. Cahangir Yusif  deyir ki, insanın özünü kəşfi arzuladığı, xəyalında canlandırdığı “məni” reallaşdırmaq və mən buyam deməkdir.

Öncəki xəbərNövbəti xəbər