Xəbəriniz olsun, ZZ-Manşet

Pablo Pikasso haqqında bilmədiklərimiz - Xəbəriniz Olsun

XX əsrin böyük rəssamlarından biri olan Pablo Picassonu  bir çoxlarımız  tanıyırıq. Xüsusilə,  gətirdiyi yeni rəssamlıq cərəyanı və pisxologiyaya təsir edən əsərləri ilə  incəsənət tarixinə damğa vurmuş Pikasso haqqında bilmədiyimiz bəzi həqiqətlər var.

Doğularkən elə bildilər ki, o ölüb

pablo-1

25 oktyabr  1881-ci ildə dünyaya gələn Pikasso, çətin doğuşdan sonra ölü olduğu qənaətinə gəlinib  və  masanın üzərinə qoyulub. Hamı ana ilə maraqlanarkən həkim olan əmisi Don Salvador, körpənin üzünə siqar tüstüsü üfləyir və Pikasso ağlamağa başlayır. Pikasso hadisəni belə xatırlayır:

“ O zamanlar  həkimlər böyük siqarlar  çəkərdi və mənim  əmim də  istisna deyildi.  Mənim gözümün yumulu olduğunu görüb üzümə sigar tüstüsünü üfləyib.  Mən də elə ordaca üzümü turşudub və hirsli fəryadımla qarşılıq vermişəm”.

Ağzından çıxan ilk kəlmə  “qələm” olub

pablo-3Rəssam sanki bu iş üçün yaradılmışdı. Atası ağzından çıxan ilk kəlmənin ardınca ona hələ yeddi yaşında olarkən  rəsm sənətini öyrətməyə başlayır.  Pikasso 13 yaşına gələndə rəssam və müəllim olan atasını bu işdə  üstələyir.

İlk rəsmini 9 yaşında çəkib

 pablo-4

Ata minmiş matadoru çəkən Pikasso bu əsərinə “Le Picador” adını verir. Altı il sonra ilk akademik əsəri olan “Le premiere communion” əsərini çəkir.

Yaxşı şagird deyildi

pablo-5

Şübhəsiz, Pikasso çox ağıllı bir şagird idi, amma ona nə etməli olduğunu söylənləri həzm edə bilmədiyi üçün tez-tez cəza alardı. Bu da onu sevilməyən şagird edərdi. Əslində bu xarakteri onun sadəcə incəsənət adamı ola biləcəyinə işarə idi. Pikasso məktəb illəri haqqında belə deyir:

“Pis şagird olduğum üçün “cəza evi”nə göndərilirdim, ora əhəng ilə ağardılmış divarları olan sadə hücrə idi. Oranı sevərdim çünki yanımda eskiz dəftəri gətirirdim və dayanmadan rəsm çəkərdim. Orada sonsuza qədər qalıb rəsmlə məşğul ola bilərdim”.

İlk işi və ilk portreti

mavi-donem

1900-cü ildə ilk işinə başlayan Pikasso, Parisdə Pere Menach adlı sənət dəllalı ilə müqavilə imzalayır. Bunun qarşılığında 750 dollar qəbul edir. Bundan əlavə “Mavi dövr”nə  aid olan ilk portretini də 1 il sonra çəkməyə başlayır.(Bu rəsm əsəri həmin dövrə aid olan portretlərdən biridir).

Şeir yazmağı

pablo-9

Picasso rəssamlıqla dünya tarixinə damğasını vurmuş olsa da,  digər sənət adamları kimi incəsənətin başqa növləri ilə də maraqlanırdı. Onlardan biri də şeir idi. Pikassonun yazdığı 300-ə qədər adsız şeir mövcuddur.

Nasist zabitə verdiyi cavab

pablo-8

Pablo Picassonun əfsanəvi rəsmlərindən hesab edilən “Guernica” adlı əsəri İspaniya vətəndaş müharibəsində Nasist Almaniyasının İspaniyanın  Guernica şəhərini bombalamasından danışır.

1940-cı illərdə Nasistlər Parisi işğal etdi və nasist zabiti Picassonun emalatxanasına gələrək “Guernica” əsərinə baxıb Pikassodan soruşur: “Bunu siz etmisiniz?”  Pikasso isə belə cavab verir: “Xeyr, siz etmisiniz”

Son sözləri…

pablo1-0

8 aprel 1973-cü ildə həyatını itirən rəssamın son sözləri  “ Mənim üçün  için, sağlığıma için, bilirsiniz mən artıq içə bilmirəm…” oldu.

Mənbə: trend.mynet.com

Öncəki xəbərNövbəti xəbər

37 şərh

  1. 780662 127984Thank you for the sensible critique. Me and my neighbor were just preparing to do some research on this. We got a grab a book from our location library but I feel I learned more clear from this post. Im extremely glad to see such exceptional data being shared freely out there. 468663

  2. 366486 771345The the next occasion I read a weblog, I really hope so it doesnt disappoint me around brussels. Come on, man, Yes, it was my option to read, but I just thought youd have some thing intriguing to state. All I hear can be a great deal of whining about something that you could fix if you werent too busy looking for attention. 182055

  3. 945864 12277Superb post but I was wanting to know in the event you could write a litte a lot more on this subject? Id be extremely thankful if you could elaborate a little bit much more. Thanks! 222232

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.