ARTmosfer, P.S, Z-Manset

Palçıqdan hazırlanan sənət - ARTMosfer

 ARTmosfer-in budəfəki qonağı gənc heykəltaraş Seymur Süleymanovdur.

22 yaşlı müsahibim Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 3-cü kursunda heykəltaraşlıq ixtisası üzrə təhsil alır.

Gənc heykəltaraş bizə yaratdığı əsərlərdən danışır. Tələbə olduğu üçün daha çox akademizm mövzusunda əsərlər hazırladığını deyir. Akademizmdə insan ölçüləri olduğu kimi çatdırılır. Bundan əlavə modern, etüd üslublarından da istifadə edir.

-Bizə mövzular da verilir. Məsələn, Azərbaycan nağıllarına aid işləmişdim. Dədə Qorqudda çobanın düşmənin üstünə daşı qurtarandan sonra qoyunu atması epizodunu. Bu isə etüd sayılır. Kiçik ölçülü naturadır. İnsan qarşımızda dayanır, biz də baxıb işləyirik. Bizə verilən mövzulardan əlavə istədiyimiz mövzuları işləyirik 

Akademiyada tələbələr üçün ayrılmış bu xüsusi otaqda isə onlar öz əsərlərini yaradırlar. Burada plastilinlər gil hazırlamaq üçün vanna, və digər lazımi ləvazimatlar var.

Seymurdan bir heykəli hazırlamaq üçün nə qədər vaxt sərf etdiyini soruşuruq. O deyir ki, böyük əsərlərin üzərində aylarla işləyirlər. Xırda əsərləri isə bir-iki saata hazırlamaq olur.

-Gördüyünüz bu fiqura sırf  insan boydadır. Bizə vaxt verirlər 3 ay,onu işləyirik.  Bunlar isə sərbəst işlərimizdir. 1 saata, 2 saata, 1 günə bəzən işləyirik.

Gənc heykəltaraş sifarişlər əsasında heykəllər hazırlayıb satmaqla müəyyən qazanc əldə edir. Heykəllərin ölçüsünə görə dəyişən qiymət isə 100 – 500 manat arasında olur.

-Sifarişlər olur, biz özümüz işləyirik, Satışa da qoyuruq. Kimsə sifariş verir onun heykəlin işləyirik.

Gənc heykəltaraş bu sahədə bir neçə uğura da imza atıb. Onun müxtəlif müsabiqələrdən qazandığı diplomları var.

Seymur sonda bu sənəti gələcəkdə də davam etdirəcəyini və heykəltaraşlıq dərnəyi açmaq istədiyini bildirdi.

Hazırladı:
Duyğu Qasımlı
Əkrəm Hüseyn

Öncəki xəbərNövbəti xəbər