İqtisadiyyat, ZZ-Manşet

Pambıq qiymətləri düşür

pambiqBu il  pambıq qiymətlərinin 2009-cu ildəki səviyyələrə geri dönməsi gözlənilir.

GSR.fm Marja-ya istinadən xəbər verir ki, beynəlxalq bazarlarda pambıq qiymətləri düşməyə başlayıb və ilin əvvəlindən bəri qiymətlər 20% aşağı enib. Mütəxəssislər, pambıq qiymətlərində son beş ilin ən aşağı səviyyələrinə yaxınlaşan geriləmənin davam edəcəyi fikirindədirlər. Qabaqcıl tekstil şirkətləri isə pambıq qiymətlərindəki enişdən məmnundurlar.

ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin (USDA) son məlumatlarına görə, qlobal pambıq ehtiyatı (stoku) 2013/2014 mövsümündə 15 milyon bağlama (tay) artaraq 105 milyon bağlama ilə rekord səviyyəyə çatacaq. 2010/2011 mövsümündə  pambıq qiymətləri təklifin azlığı səbəbindən 2 dollara yüksəlmişdi. Bundan sonra pambıq istehsl edən ölkələrdə  istehsalın təşviq edilməsi ilə təklif  tələbi aşdı  və böyük bir ehtiyatın yaranmasına səbəb oldu.

Dünyanın ən böyük pambıq ixracatçısı ABŞ-ın bu il məhsul yığımının artımına bağlı proqnozunu  6%-ə yüksəltməsi və pambığın ən böyük istehlakçısı (alıcısı) olan Çində pambıq siyasətinə bağlı qeyri-müəyyənlik  ICE-də pambığın qiymətini 63 sent/funt (1 funt=453 qr, bu hesabla 1 kq – 1,40 dollar) səviyyəsinə qədər salıb. Pambıq qiymətləri bu ilin mart ayında qalxdığı iki ilin ən yüksək səviyyəsi olan 97.35 sentdən az qala  32% aşağı düşüb. Pambıq, “S&P GSCI” Əmtəə indeksində bu il ən çox dəyərdən düşən kənd təsərrüfatı əmtəsi olub. Pambıq dünən 66 sent ətrafından alıcı tapırdı.

Analitiklər də qiymət  enişinin davam edəcəyini bildirirlər. Pambığın 63  sent ətrafında möhkəmlənməyə  çalışdığını qeyd  edən analitiklər, qiymətin burada dəstək tapa bilməməsi halında pambığın bir sonra test edəcəyi səviyyənin 62.70 sent olacağına  işarə edirlər. Bu qimətin də qırılması halında  psixoloji 60  sent qiymətinin gündəmə gələcəyini söyləyirlər. Mütəxəssislər, 55 sent/funt qiymətinin də qarşıya  çıxa biləcəyini qeyd edirlər.

Hollandiya bankı “Rabobank”,  ilin son rübündə  qiymətlərin 73 sent səviyyəsinə yüksələcəyini proqnozlaşdırır. “Rabobank”ın hesabatında, “Dördüncü rübdə  fiziki tələbdə mövsümi artım və qiymətlərdə 2008-ci ildən bu yana gəlinən ən aşağı səviyyənin tələbi artıracağını düşünürük” deyə qeyd edilib.

Dünya pambıq ehtiyatının böyük miqdarını əlində tutan Çinin ehtiyat həcmi 60 milyon bağlamadan çoxdur. Pekin bir müddətdir ehtiyatından satır, lakin mütəxəssislərə görə ehtiyatlar əridə bilinməyəcək qədər çoxdur. Çin Gömrük Birliyinin məlumatlarına görə ölkənin pambıq idxalı ilin ilk yeddi ayında keçən illə müqayisədə 39% azalaraq 1.67 milyon ton olub. Qlobal anbarın az qala yarısını əlində tutan Çinin tələbinin azalması, Hindistanın ixracatını da yavaşladacaq. Hindistanın istehsalındakı artım ilə bu il toplanacaq pambığın  11.4 milyon  bağlama olacağı təxmin edilir.

Pambıq qiymətlərindəki geriləmə tekstil nəhəngləri üçün müsbət bir prosesdir. Zəif qiymətlərin Hindistan və Pakistanda tekstil istehsalını canlandıracağı gözlənilir. “Gap”, “Levis” kimi məşhur markaların da bundan üstünlük əldə edəcəkləri qeyd edilir.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.