Cəmiyyət

Panduslar standartlara uyğundurmu?

“Malakan”bağına çətinliklə daxil olurlar

“Ölkəmiz güclənir, yeniləşir, müasirləşir…” prezident İlham Əliyevin bu şüarı altında paytaxtın müxtəlif ərazilərində parklar salınır, yeraltı və yerüstü keçidlər inşa olunur. Bəs görəsən bu tikililər müasir standartlara cavab verirmi? Şəhərimizdə tikilən bəzi keçidlərdə və parklarda təkərli vasitələrin maneəsiz hərəkəti üçün nəzərdə tutulan panduslar beynəlxalq standartlara uyğun gəlirmi?

“Malakan” bağında nəvəsini gəzdirən Sevda xanım burada pandusların olamamasından şikayətlənir.

 Sevda xanıım :

Heyif  əfsuslar olsun ki , bu qədər xərc çəkilib nə invalidlər  üçün nə də uşaqlar üçün “kaleskanı”(araba-m.) düşürtməyə bir dənə yer yoxdur .    Məcburuq ki, qucağımıza alaq, kimsə kömək etsin düşürdək.

Gənc velosipedçi Samir deyir ki, Bakıda olan panduslar standartlara uyğun olmadığı üçün bizdə tez-tez problemlərlə qarşılaşırıq.

Samir :

Bakıda bildiyimiz kimi nə velosiped yolları var, nə də pilləkanlarda, parklara  girişlərdə panduslar var … Hansılar ki, bizim üçün əvəzsizdir. Həmdə olan panduslarda elə dikdir ki, hətta biz kimisə onunla yaralaya bilərik və yaxud da xətər yetirə bilərik. Nəin ki, velosipedçilər ümumiyyətlə ondan istifadə edən insanlar çox böyük sürət yığmış olurlar və bu da təhlükə yarada bilər ..

Velosipedçi pandusdan qalxa bilmir

1-ci qrup əlil olduğunu deyən 57 yaşlı Səlimə bibi  “Kukla” teatrının qarşısındakı keçiddən istifadə edə bilmədiyi üçün həmin yolu keçərkən başına gələn bədbəxt hadisəni belə xatırlayır.

Səlimə bibi :

Keçən ayın 17-si maşın vurdu məni “Kukla” teatrını keçəndə. 2-ci yolu keçmək istəyirdim tarappıltı ilə vurdu məni qoydu “şofer”(sürücü-m.) qaçdı. Orda keçid var amma bu mənə aid deyil uşaq “kaleskası” üçündür. Yox, istifadə edə bilmirəm axı mən yıxıla bilərəm bacı, mənim təzyiqim var qurban olum..

Əlil Qadınlar Cəmiyyətinin sədri Məhluqə Rəhimova keçidlərdəki pandus ölçülərinin normativlərə uyğun olmadığı, bunun əlillər və körpə uşaqlı qadınlar üçün çox ciddi problemlər yaratdığı fikrindədir.

Məhluqə Rəhimova :

Azərbaycandakı pandusların heç biri beynəlxalq standartlara cavab vermir, yəni onların  əyriliyi kəskin dərəcədə yuxarıdan aşağıya düzəldirlir. Ümumiyyətlə o sahəyə baxan insanlar bir növ elə bil özləri əlillikdən xəbəri olmayan insanlardı bəlkə də o səbəbdən belədir.

O, həmçinin “Kukla” teatrının yanında  tikilən yeraltı keçidin əlillər üçün tamamilə yararsız halda olduğunu  bildirdi.

Məhluqə Rəhimova :

Biz elə “Kukla” teatrının yanındakı xüsusi keçiddə yaradılan… belə necə deyim gülünc bir forma doğuran keçid yaradıblar. “Kaleskanı” yuxarıdan qoyursan aşağıda tuta bilmərsən. O vəziyyətdə heç onu aparan insan özünü saxlaya bilməz.

Heydər Əliyev Sarayının qarşısındakı keçidlərdə pilləkanları ekskalatorlar əvəz etsə də təəssüf ki, pandusları əvəz edəcək heçnə yoxdur. Bu məsələni aydınlaşdırmaq üçün həmin yeraltı keçidlərin inşasını həyata keçirən “Akkord” Şirkətlər Qrupu ilə əlaqə saxladıq.

“Akkord”un mətbuat xidmətinin rəhbəri Afaq Quliyeva deyir ki, Azərbaycandakı keçidlər beynəlxalq standartlara tam olaraq cavab verir.

Afaq Quliyeva :

Beynəlxalq standartlar səviyyəsində tikilən keçidlər idi. Bu gün Azərbaycanda keçidlərin demək olar ki, əksəriyyətində ekskalatordan istifadə olunur. Yəni buna da biz sevinirik ki , artıq dünya standartına uyğun bir xidmət Azərbaycana gətirildi. 

“Bəs bu keçidləri inşa edərkən əlilləri və uşaqlı qadınları nəzərə alırsınızmı?” sualımızı eşidən kimi Afaq xanım telefonu üzümüzə bağladı. Sonradan dəfələrlə əlaqə saxlamağa çalışsaq da zənglərimiz cavabsız qaldı.

Memarlıq layihələri üzrə ekspert Urfan Məmmədovla elə “Kukla” teatrının qarşısında bu keçidin standartlara uyğun olub-olmamasını müzakirə etdik.

Memar pandusun ölçüləri haqqında danışır

Urfan Məmmədov :

Ümumi gözəyarı baxanda görünür ki, insanların çıxması üçün ayrılmış yer ensizdi. İnanıram ki, buranı istifadə edən insanlar biraz çətinlik çəkir. Hətta biraz əvvəl yanımızdan keçən xanımın çətinliklə öz arabasını qaldırdığını gördük hansı ki, bu çox rahat şəraitdə olmalıdır.

O deyir ki, Azərbaycanda savadlı memarların olmasına baxmayaraq pandusların əksəriyyəti normativlərə uyğun inşa olunmur.

Urfan Məmmədov :

Əvvala demək istərdim ki, Azərbaycanda müasir dövrdə tikilən yeraltı-yerüstü piyada keçidlərinin tikilməyi çox müsbət haldır. Təəssüf ki, bir o qədər də yüksək səviyyədə inşa olunmur.  Azərbaycanda müasir keçidlərin bir çoxunun pandus dərəcəsi 30º ilə  götürülür. Pilləkanların hündürlüyü 15 sm, uzunluğu 30 sm dünya standartlarına uyğundur. Ən ideal pandus dərəcəsi isə 10º sayılır.

Şəhərsalma zamanı müasirlik və beynəlxalq standartlarlara uyğunluğun sözdə olub, əməldə olmamasının səbəbini öyrənmək üçün Bakı Şəhər Memarlıq və Şəhərsalma baş idarəsi ilə əlaqə saxlamağa çalışsaq da,  zənglərimizə cavab verən olmadı.


 

Öncəki xəbərNövbəti xəbər

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.