Müsahibə, Siyasət, ZZ-Manşet

“Papanın gəlişi siyasi proseslərə müsbət təsir edəcək”

trend_arzu_nagiyev_main_1

Oktyabr ayının 2-də Roma papası Fransisk Azərbaycana səfər edib.

Roma papasının səfərini şərh edən “TREND” İnformasiya Agentliyində Baş direktorun müavini Arzu Nağıyev GSR.fm-ə müsahibəsində bildirib ki, Roma Papasının regionda keçirdiyi görüşlər Azərbaycan və region üçün müsbət addımdır:

“Məlumdur ki, bugün katolik kilsəsi, eyni zamanda Vatikan dünyada başverən, istər siyasi, istər hərbi, istər iqtisadi problemlərə təsir edən ən böyük qurumlardan biridir. Dünyanın inanclı şəxslərinin demək olar ki, 50%-dən artığı məhz kotalik inancına sitayiş edir. Son vaxtlar Fransiskin apardığı siyasətdə müəyyən ermənipərəstlik hiss edilsə də, eyni zamanda Azərbaycana gəlişində ərazi bütövlüyü məsələsinə toxunmasa da, düşünürəmki, Vatikan və Azərbaycan rəhbərliyi arasında yaranmış bu hal təqdirə layiqdir. Təbii ki,o, özünün də qeyd etdiyi kimi, 600-700 inanclının qarşısında hər hansı bir missiyanı yerinə yetirmək üçün gəlməyib. Onun Azərbaycana gəlişində ikinci məsələ də Azərbaycanın dünyada nüfuz sahibi olan dövlətlərdən birinə çevrilməsidir. Məlumdur ki, Azərbaycan da öz növbəsində Vatikan üçün müsbət addımlar atır. Baxmayraq ki, Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı bir irəlləyişdən söhbət getmədi, lakin ümumi xaraktrli söhbətlərdə məhz 98% müsəlman inanclı olan bir ölkəyə Vatikan kimi kotolik kilsənin rəhbərinin gəlməsi özü müsbət bir haldır. Bu gələcəkdə Azərbaycanın yüksək inkişafına, müəyyən siyasi proseslərin gedişinə müsbət təsir edəcək”.

Öncəki xəbərNövbəti xəbər

3 şərh

  1. Geri izləmə: vagragenericaar.org
  2. Geri izləmə: albuterol for sale

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.