İdman, ZZ-Manşet

Paralimpiya kəndində Azərbaycan bayrağı qaldırılıb

rioBu gün Rio-de-Janeyroda Paralimpiya kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib.

GSR.fm-in APA-ya istinadən verdiyi məlumata görə, mərasimdə paralimpiyaçılarla yanaşı, Azərbaycandan gəlmiş qonaqlar və Braziliyadakı səfirliyimizin nümayəndəsi iştirak edib.

Tədbirin sonunda Azərbaycan paralimpiyaçılarının missiya rəhbəri Şaiq Həmidov rəmzi olaraq Paralimpiya kəndinin rəhbərliyinə xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, Rio Paralimpiya Yay Oyunları sentyabrın 7-də başlayacaq.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.