Siyasət, ZZ-Manşet

Parlamentlərarası əlaqələr müzakirə olunacaq

moskva-570x360 (1)Moskvada Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri müzakirə olunacaq.

Danışıqlar Azərbaycan Parlamentinin sədri Oqtay Əsədovun iyunun 5-6-da Moskvaya səfəri çərçivəsində keçiriləcək.

GSR-in Trend-ə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Parlamentskaya qazeta”nın mətbuat mərkəzində “Yeni Azərbaycan: uğurlar, çağırışlar, perpektivlər” mövzusunda keçirilən “dəyirmi masa”da deyib.

Səfər RF Dövlət Dumasının sədri Sergey Narışkinin dəvəti ilə baş tutacaq.

Səfir bildirib ki, Azərbaycan spikerinin səfər çərçivəsində Federasiya Şurasının sədri Valentina Matviyenko və Baş nazirin müavini Dmitri Roqozinlə görüşləri planlaşdırılıb.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.