P.S, Xəbəriniz olsun, Z-Manset

Payız fəslinin ən yaxşı festivalları - Xəbəriniz Olsun

Payız həmişə bayramlar və festivallar fəsli kimi sevilir. Bu da məhsul yığımı və qışa hazırlıqla əlaqədardır. Hələ qədim dövrlərdən payızda insanlar əldə etdikləri nemətlərə görə Allaha minnətdarlıq bildirir və ağır işlərdən sonra dincəlməyə imkan tapırdılar.  Bu gün də demək olar ki, bütün ölkələrdə həm dini bayramlar, həm də müxtəlif festivallar keçirilir. Biz isə sizə onlardan ən yaxşılarını təqdim edirik.

 

fallfests01

10. Albukerkedə (Meksika) hava şarı festivalı. Dünyada ən böyük festivallardan biridir. Bu il 4-12 oktyabr aralığında keçiriləcək.

 

fallfests02

9. Festival La Merse. Bu il sentyabrın 19-dan 24-nə kimi keçirilib. 1902-ci ildən keçirilən bu festival Barselonanın himayədarı Müqəddəs Mersenin şərəfinə təşkil olunur. Adətə görə insanlardan qala düzəldilir.

 

fallfests03

8. Ölülər günü. Hər il 1-2 noyabr tarixində Qvatemala, Honduras, Meksika və Salvadorda keçirilir. Ölənlərin şərəfinə həsr olunan bayramdır. Adətə görə ölü kostyumlarında rəngarəng karnaval keçirilir.

 

fallfests04

7. Turində şokolad festivalı. Bu il 21 noyabrda keçirilməyi planlaşdırılır. Festivalda şokoladların dequstasiyası, konsertlər və müxtəlif oyunlar keçirilir.

 

fallfests05

6. Seulda Beynəlxalq Atəşfəşanlıq festivalı. Bu il 9 oktyabr keçirilməyi planlaşdırılır. Günbatımından sonra müxtəlif ölkələrdən olan komandalar öz bacarıqlarını göstərirlər. Festival 2000-ci ildən keçirilir.

 

fallfests06

5. Berlində işıq festivalı. Bu müasir festival 2005-ci ildən bəri oktyabr ayında keçirilir. 2 həftə ərzində Berlində 70-ə yaxın tarixi binalar və heykəllər müxtəlif rənglərdə işıqlandırılır.

 

fallfests07

4. Divali. Şər üzərində qələbəni təcəssüm etdirən hind bayramıdır. Bu festival Kartik ayının (hind təqviminə görə 23 oktyabr – 21 noyabr) əvvəlində keçirilir və 5 gün davam edir. Adətə görə evləri çələnglərlə bəzəyirlər və atəşfəşanlıq keçirdirlər.

fallfests08

3. Loykratxonq. Bu tayland bayramı noyabr ayında bütöv ayın çıxdığı vaxtda qeyd olunur. Bu gündə inanclı insanlar günahlarından, kinlərindən və pis fikirlərindən qurtulmaq üçün havaya fənərlər buraxırlar.

 

fallfests09

2. Oktoberfest. Bavariyada pivə bayramıdır. Hər il sentyabr ayında ikinci bütöv ayın çıxdığı vaxtda qeyd olunur və 16 gün davam edir. İlk dəfə Oktoberfest bayramı 1810-cu ildə I Ludviq və şahzadə Terezanın toyları şərəfinə keçirilib. Hazırda bu bayram dünyada çox məşhurdur və hər il 6 milyona yaxın insan festivala tamaşa etməyə gəlir.

 

fallfests10

1.Hellouin. Şotland xalqı Ketlərin qədim adətləri əsasında hazırlanmış hər il 31 oktyabr qeyd edilən “Müqəddəslərin” bayramıdır. Bayramda balqabaqları müxtəlif cür bəzəyirlər. Bu bayram hazırda dünyanın müxtəlif ölkələrində də qeyd olunur. Və dini yox daha çox əyləncəli xarakter daşıyır.

Hazırladı: Rəna Hüseynova
Mənbə: bigpicture.ru

Öncəki xəbərNövbəti xəbər