Reportaj, ZZ-Manşet

Peşəkarlar yay trendlərindən danışır - Reportaj

Artıq yay mövsümü başlayıb.Hər mövsümün  olduğu kimi, bu mövsümün də qadınlar və kişilər üçün xüsusi dəbi var. Bu, özünü istər geyim, saç stili, istərsə də aksesuarlarda göstərir.

Sabina_Imanova

Stilist-vizajist Səbinə İmanova bu yay üçün saç və makiyaj dəbi haqqında məlumat verir. Onun sözlərinə görə, bu yay daha çox təbii görünən saç modellərinə üstünlük verilir:

“Deyə bilmərəm ki, bu yay uzun və ya qısa saç dəbdə olacaq. Hər xanımın üz quruluşuna görə, öz saç düzümü var. Saçlar üçün çox lak, mus və geldən istifadə etmək məsləhət deyil. Saçlarda hörük kimi aksesuarlardan istifadə etmək olar. Qısa saçlı xanımlar abadoklardan, saç broşlarından və yaylıqlardan da istifadə edə bilərlər.  Yay gəldikdə saçlarda açıq rənglərə daha çox üstünlük verilir. Bunlara bir balaca qırmızımtıl, açıq qəhvəyi, bal köpüyü və karamel rəngləri daxildir”.

Səbinə xanım bu yay dəbdə olacaq makiyaj haqqında fikirlərini bölüşüb. O bildirib ki, xanımlar daha təbii görünüş əldə etmək üçün  bacardıqları qədər tonal kremlərdən uzaq durmalıdırlar:

“Bu, dərinin həm sağlamlığını, həm də parlaqlığını itirmədən ortaya çıxarır. Tonal krem əvəzinə, ultra-bənövşəyi şüalardan qorunmaq üçün kremlərdən istifadə edilə bilər. Gözlər üçün qara kölgələr bu yay dəbdə  deyil. Qəhvəyi  və qızılı rəng çalarları daha dəbdə olacaq. Sürmə bu yay dəbdə deyil. Qələm  və kölgə istifadə edərək gözdə dağınıq kölgələr yaratmaq gözü daha təbii göstərir və parlaqlıq verir. Bu yay dodağı tünd rəngdə boyamaq dəbdə sayılır. Tünd qırmızı rənglərə, bordo rənginə daha çox üstünlük verilir”.

 Stilist-vizajist Səbina İmanova

 

Gulnare_XelilovaModelyer-dizayner Gülnarə Xəlilova bu yay üçündəbdə olacaq geyimlər barədə məsləhətlərini verir. Gülnarə xanım qeyd edir ki, son illərdə insanları rənglərlə təəccübləndirmək olmur:

“Gündəmdə rənglərin çoxluğu görsənir. Demək olar ki, bütün rənglərdə geyimlər hazırlanır. Əvvəllər tez-tez  favorit rənglərin olmasına  rast gəlirdik və dəbdə olduğuna görə hər kəs o rəngdən çox istifadə edirdi. İndi zeytun yaşılı və boz rənglər çox gündəmdədir. Qəhvəyi rəngin açıqdan tündə gedən bir çox tonları dəbdədir. Bunlarla yanaşı, üzərində naxışlar, ornamentlər olan parçalardan hazırlanmış geyimlər çox gündəmdədir. Çünki məhz o rəngarənglik özünü bu parçaların fakturalarında göstərir. Üzərində gül naxışlarının, damaların, zolaqların olması çox aktual mövzudur. Qadınlar üçün daha çox geniş, boş və asimmetrik kəsimli geyimlər gündəmdədir. Geyimlərdə çox qatlılıq, şəffaf parçaların istifadəsi  çox aktuladır. Şalvar üzərinə pencəklər, plaşlar yaza doğru nazik parçalardan hazırlanır. Tulumlar, kambinezonlar diqqəti daha çox cəlb edir. Qurama görünüşü olan, bir neçə hissəli, bir paltarda bir neçə naxışın getməsi çox maraqlıdır.

Ayaqqabılarda da demək olar ki, çoxlu rənglər var. Son illərdə konkret hansısa bir rəng verilmir. Qara, ağ, qızılı, gümüşü və bürünc rənglər işlənir. Bununla bərabər, həm yastı, rahat formalar, həm də hündürdaban, qalındabanlı, tanketka formaları, ucu üçbucaq olan ayaqqabı modelləri daha çox gündəmdədir.

Aksessuarlar heç dəbdən getmək istəmir. Çünki artıq aksessuarsız dəbi təsəvvür etmək mümkün deyil. Sadə geyimlərə aksessuarlarla bəzək verdiyin zaman çox maraqlı nəticələr əldə etmək olur. Aksessuarlar dediyimiz zaman eynək, papaq, kəmərlər, çantalar, qolbaqlar, boyunbağılar, şarflar, çətirlər nəzərdə tutulur”.

Modelyer-dizayner, onu da qeyd edir ki, bu yay kişi geyimlərində də rəngarənglik çoxdur:

“Fərqli dizaynerlər Azərbaycanda kişi qarderobunda çox az geyinilə biləcək formalar təqdim edirlər. Klassik formalar özünü daha çox qoruyub saxlayır. Bəylərimiz də əksərən bu klassik nümunələrdən  istifadə edirlər. Lak ayaqqabılar daha çox gündəmdədir. Həm trikotajlardan istifadə olunan geyim nümunələri özünü göstərəcək. Üzərində fərqli yazıları olan, naxışlı rahat köynəklərin sərbəst geyimlərin də maraqlı formaları var. Bu il idman ayaqqabıları gündəmdə olacaq. Əlbəttə ki, baş geyimləri, kepkalar, eynəklər və qalstuklar bu il də gündəmdə olacaq”.

 Modelyer-dizayner Gülnarə Xəlilova

Samir_Aliyev

Stilist Samir Əliyev yay mövsümündə qadın geyimləri üçün olan dəb haqqında danışır. O deyib ki, hər bir qadın evdən çıxanda mütləq rahat geyinməlidir:

“Bu il açıq-saçıq  geyimlər yox, uzun donlar, böyük çantalar və açıq saçlar dəbdə olacaq. Həmçinin, üzdə qaşlar da çox qalın olmalıdır və gözlərə çox sadə makiyaj edilməlidir. Dodaqlar da ombre şəklində, 3 rəngdən ibarət olsa, daha dəbli ola bilər. Bu il ən çox yumru və üstü bağlı ayaqqabılar daha çox dəbdə olacaq və ayaqqabı ilə corabın tutuşması trenddir.

Aksesuarlardan, məsələn, çobanyastığı gülləri bu il dəbdədir. Bu il  mirvari, qızıl, gümüş və  brilliant dəbdə olmayacaq. Sadəcə müxtəlif daşlardan hazırlanan aksesuarlar dəbdə olacaq. Geyimlərdə çox sadəliklər olduğuna görə, qaş, dodaq və aksessuarlara daha çox diqqət verilir”.

Stilist, kişilər üçün yay dəbi haqqında fikirlərini bildirərkən deyib ki, kişilər üçün bu il “amerikano” adlanan tam qısa saç düzümü dəbdə olacaq:

“Artıq bütün dünyada bu saç stili yayılıb. Kişilərin qara, boz, qəhvəyi rəngli geyimlərdən istifadə etməmələri məsləhətdir. Fikirləşirəm ki, əgər cins şalvar geyinirsənsə, mütləq yaşıl rəng köynək, göy ayaqqabı geyinə bilərsən.

İndi elə parıldayan ayaqqabılar var ki, onları cins şalvarla da geyinmək olar, adi kostyumla da geyinmək olar. Məsələn bizim cavanlar çalışırlar ki, krasovkalar və keta geyinsinlər. Lakin, yay ayaqqabılarında ayaq dincəlməlidir.

Aksessuarlar üzüklər, bahalı saatlar olacaq. Qızıl qolbağ kimi aksessuarlar qədimdə qalıb”.

 Stilist Samir Əliyev

 

Hazırladı: Nərgiz Pənahlı

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.