Müsahibə, Sosial, ZZ-Manşet

“Piqment ləkələrin ev şəraitində aparılması mümkünsüzdür”

iStock_000045187454_Small

“Piqment ləkələrin lazer vasitəsi ilə aparılmasının insan səhhətinə heç bir ziyanı yoxdur”

Bu sözləri GSR.fm-ə günəş şüalarının insan orqanizminə təsiri barədə müsahibəsində həkim- kosmetoloq Günel Şükürova deyib. O, bildirib ki, yay aylarında günəş ləkələrinin qarşısının alınması üçün indidən qoruyucu kremlərdən istifadə etmək lazımdır:

“Yaz aylarında piqment ləkələri xanımlarımızın üzündə daha çox biruzə verməyə başlayır. Bir məqamı qeyd edim ki, xanımlar çalışdıqları qədər yüksək qoruyuculuq faktorlu, yəni 80-100  arasında olan qoruyucu kremləri istifadə etsinlər. Əgər xanımlar  tonal kremlərdən  istifadə edirlərsə, tərkibində qoruyuculuq faktoru daha çox olan kremlərdən istifadə etsinlər. Müəyyən bir müddət ərzində, əsasəndə isti aylarda gün ləkələrinin qarşısının alacaqlar” .

Kosmetoloq eyni zamanda xanımlara məsləhət verib:

“Piqment ləkələrinin lazer vasitəsi ilə aparılmasının insan səhhətinə heç bir ziyanı yoxdur. İstənilən bir prosesin xeyirli tərəfləri olduğu kimi əks  tərəfləri də var. Hamiləlik , süd vermə və ankoloji problemlər zamanı nəyinki lazer müalicəsindən,  eləcə də başqa kosmetoloq müalicələrindən xanımlarımız istifadə etməli deyillər.Piqment ləkələrinin ev şəraitində aparılması da  mümkünsüzdür. Belə ləkələrin qarşısını almaq üçün ağardıcı maskalardan və kremlərdən istifadə etmələrini məsləhət görərdim. Xanımlar axşam yatmazdan əvvəl, səhər durub işə getdikləri və  çölə çıxdıqları zaman üzlərini yumalı və gündən qoruyan  kremlərini çəkmələrini tövsiyyə edirəm.Ləkələrin yaranmasında qəbul etdiyimiz qidaların heç bir rolu yoxdur. Bunun bir neçə səbəbi var. Daxili orqanların xüsusilə də öd yolu və qaraciyər xəstəliklər ilə əlaqədar ola bilər. Ləkələr eləcə də ginetik olaraq ola bilər. Ginetikanın rolu mütləqdir”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.