Cəmiyyət

Piyadalar problemlərini danışır

Son dövrlərdə şəhərin infrastrukturunda bir çox dəyişikliklər edilir. Yeni yollar tikilir, avtobuslar intelektual idarə etmə sisteminə keçir,  yollarda piyada keçidləri salınır və ya sərnişin sıxlığını azaltmaq üçün  yeni, çoxtutumlu avtobuslar gətirilir. Hökümət qurumları bütün bu yenilikləri əhalinin gündəlik həyat şəraitini yaxşılaşdırmaq üçün etdiyini deyir. Ancaq bəzi vətəndaşlar düşünür ki, görülən  bütün bu işlər ictimai fikir öyrənmədən edildiyi üçün  yeniliklər bəzən heç də tam olaraq müsbət nəticə vermir.

Biz də bu dəfə radiomuzun mikrafonunu vətəndaşlara uzatdıq. Onlardan paytaxt nəqliyyatında hansı problemlərin olduğunu və bu problemlərin həlli üçün nələr təklif etdiklərini soruşduq.

Şəhər sakinləri problemlərindən danışırlar

– Nə bilim vallah indi maşınlar o qədər çoxalıb. Mənə elə gəlir ki,inkişaf getdikcə bu çətin həll oluna bilən bir şeydir. Yəni maşın çoxalır. Yolları da nə qədər genişləndirmək olar. Yəni, bir də yollarda mən özüm uşaq gəzdirirəm “kolyaska” (uşaq arabası-m.) ilə. Şəhərin tutaq ki, mərkəzi ,yəni əsas yollar hamardır düzdür.Amma bir az qırağa çıxanda artıq “kolyaska”nı sürmək mümkün deyil, ya heç piyada gedə bilmir o ki qala “kolyaska”  sürmək. O da yəqin ki, o problem həll oluna bilər yəni.

– Mən onu deyim ki, ümumiyyətlə bizim insanlarda yol mədəniyyəti deyilən bir şey yoxdur. Bir də görürsən gedirsən yolda baxırsan ki, misal üçün bu yol piyada üçün nəzərdə tutulub keçid, yəni sürücülərin heç veclərinə  də deyil ki, burdan kim gəlir kim gedir. Kobud şəkildə pozub gedirlər. Bir də görürsən ki, keçid olur. Sərnişinlər, adi piyadalar  keçidlə deyək ki, bu keçdikləri yol arasında 15 metr, 20 metr məsafə var. Keçiddən  keçməyib ordan istifadə edirlər. Ona görə hər iki tərəfdən  həm, sürücülərdə, həm də, piyadalarda yol mədəniyyəti anlayışı yoxdur. Bunun həlli yolu üçün vaxt lazımdır.

– Keçidlər çox azdır. Piyadalar üçün keçmək üçün. Yolların çəkilişində əvvəldən fikirləşmək lazım idi. Piyadaları əvvəldən nəzərə almaq lazım idi. Yolu çəkib sonradan təzədən qazıb  narahatçılıq yaratmaqla yeraltı keçid, yerüstü keçid bunlar yəni mənasızdır.

Maşınlar piyadaların rahat keçməyinə mane olur

– Yollar düzgün deyil. Pis qoyulub. Sonra əlavə maşınlar dayanır kənarda. Maşınlar dayananda gedirsən paltarınla, paltonla silirsən o maşınları ki, keçəsən. Nə sağa gedə bilirsən, nə sola gedə bilirsən. Bizim ürəyimiz gərək  yansın öz şəhərimizə.

– Sürücülərin bəziləri hal-hazırda yol hərəkət qaydalarını çox pozurlar. Bu da ondan irəli gəlir ki, Azərbaycanda qeyri–leqallıq həddən artıq çoxdur. “Prava”ları (sürücülük vəsiqəsi-m.) pul şəklində, pulla alırlar. Piyadalarımızın da çoxu hal-hazırda yol hərəkət qaydalarına eyni zamanda riayət etmirlər.Keçidlərdən istifadə etmirlər. Piyadalar arasında treninqlər keçirmək lazımdır ki, bunları həm təlim şəklində, seminarlar şəklində keçirmək lazımdır ki, piyadalar da ən azından yol hərəkət qaydalarından istifadə etsinlər.

– Elə yerlər varkı ora “svetafor”(işıqfor-m.) qoyulmayıb. Piyadalar rahat keçə bilmir. Məsəl üçün belə şeylərdən narahatıq. Həlli yolunu yəqin ki, yol üzrə baxanlar bu işi həll edə bilər. Bizim sadəcə istəyimiz budur ki, həll etsinlər.

– Bir piyada kimi dayanacaqlardakı monitorlardan. 10 dəqiqə yazılırsa 2 dəqiqəyə gəlir, 2 dəqiqə yazılırsa 15 dəqiqəyə gəlir. Birinci monitorlardan, ikinci sürücülərdən. Avtobusların içində yerləşən vaxt aparatından. Marşuruta minəndə vaxt aparatını bağlayırlar, ümumiyyətlə istifadə etmirlər. Keçidlərdən, birdə ki, yol zolaqlarından. Burda əsasən elə sərnişinlərin də, piyadaların da çox problemi var. Həmdə ki, onların da bir çoxu buna riayət etmirlər bu qanunlara, əməllərə.

– Birinci yolların əksəriyyəti bərbad gündədir.Yəni, bundan narazıyam. İkincisi avtobuslar, marşurutlar vaxtı-vaxtında işləmir. Marşurutların içi çox çirkdir. Avtobusların sayı  azdır. Gec-gec işləyirlər. Eyni xətt üzrə işləyən marşurutların sayı çoxdur, “propka” (tıxac-m.) yaradır. Yol polisi nəzarət etmir ona görə çox “propka” yaranır. Sürücülərin məsuliyyətsizliyindən “propka” yaranır o da var, təkcə yol polisinin günahı deyil. Sürücülərin məsuliyyətsizliyinin səbəbi də saxta sürücülük vəsiqələrinin olmasıdır. Çox pis sürürlər. Neçə dəfə olub ki, az qala avtobusun qapısından bayıra düşüm mədəni dildə desək. Çox bərbad işləyirlər. Sürücüyə deyirsən ki, düz sür deyir ki, “xoşun gəlmir düş, taksiylə get”. Halbuki yəni bu onun öz şəxsi marşurutu deyil mən bildiyim qədərilə. Yollar tez-yez qazılır, “propka”nın bir səbəbi də budur.

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org
  2. Geri izləmə: generic ventolin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.