Regionlar Danışır

Pop Kral – Maykl Cekson

Maykl Cekson 1958-ci il 29 avqustda İndiana ştatının Qari şəhərində anadan olub.

Doqquz uşaqlı ailənin yeddinci üzvü olaraq dünyaya gələn sənətçinin tam adı, Maykl Cozef Ceksondur. Müğənninin fabrik işçisi olan atası, Cozef Cekson musiqiyə çox bağlı idi və boş zamanlarında gitara çalırdı. 60-ci illərdən etibarən böyük qardaşları, Jackie, Tito və Jermaine ataları tərəfindən təşkil edilən “The Jackson Brothers” adında bir qrup quraraq, klublarda mahnı oxumağa və yarışmalara qatılmağa başladılar. Ceksonun sahib olduğu səs və rəqs qabiliyyəti, qısa zamanda fərq edildi. Hələ yaşı kiçik olmasına baxmayaraq, xüsusilə solo mahnılardakı performansı səbəbiylə, 1964-cü ildə digər qardaşı Marlonla birlikdə qrupa daxil edildi. Artıq beş üzvdən ibarət olan qardaşlar qrupun adını “The Jackson 5” olaraq dəyişdirdilər.

1968-ci ilə qədər keçən müddətdə, həvəskar işlərinə gecə klublarında və barlarda davam edən qrup Harlem-New Yorkda olan Apollo Teatrında təşkil edilən bir yarışmada birinci oldu və onların bu uğuru dövrün ən məşhur R&B val şirkəti Motownun qurucusu Berry Gordyun diqqətini çəkdi. 1968-ci ildə Motownla imzaladıqları müqavilədən sonra Kaliforniyaya köçən qrupun ulduzu sürətlə parlamağa başladı.

Qrupun bu sürətli yüksəlişindən sonra, güclü səsiylə, fərqli rəqsiylə seçilən Maykl Cekson, 1971-1976-cı illər o “Got To Be There”, “Ben”, “Music and Me” və “Forever Michael” adlı ilk solo albomlarını çıxardı.

1976-ci ildə Epic Recordsla müqavilə imzalayan qrup 1976 – 1984 illəri arasında albomlar və singellar ilə yüksəlməyə davam etdi. Bu dövrdə qrupun 6 yeni albomu işıq üzü görür ki, bunlardan ən uğurlusu“Destiny” hesab edilir.

1979 da, məşhur müğənninin ilk müstəqil solo albomu olan “Off the Wall” satışa çıxarıldı. Bu albom Mayklı pop musiqi və əyləncə dünyasının talismanı halına gətirmişdir. 1980-ci ildə, American Music Awards tərəfindən 3 janrda mükafata layiq görülən albom bir çox siyahı müvəffəqiyyət mükafatının da sahibi oldu.  Eyni zamanda 1982-2001- ci illər ərzində “Thriller”, “Bad”, “Dangerous”, “HiStory”, “Blood on the Dance Floor”, “Invincible” kimi albomlarını satışa buraxdı.

Mahnıların yanında, dörd hit parça üçün qısa film çəkilmiş güclü və geniş büdcəli istehsal tələb edən maraqlı kliplər də böyük əks-səda oyandırdı.

2009-cu il iyunun 25-də 50 yaşında qəfil vəfat etmişdir. İstintaq tibb testlərinin nəticəsinə əsaslanaraq Ceksonun güclü ağrıkəsici sayılan propofolu ölümcül dozada qəbul etməsindən vəfat etdiyini bildirib.Pop kralı Los-Ancelesin “Forest Lawn” xiyabanında dəfn edilib.

Öncəki xəbərNövbəti xəbər

Şərhlər