2017-ci ilin birinci yarısında Azərbaycanın Startap Portalının yaradılması planlaşdırılır. Portal Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun dəstəyi ilə yaradılacaq.
Bu barədə GSR.fm-ə müsahibə verən Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib ki, Azərbaycanda bu infrastruktrun inkişafında belə bir platformaya ciddi ehtiyac var:
“Qlobal dünyada bu proses 10-15 il əvvəl başlayıbsa, biz bir qədər gec başladıq və Startap Azərbaycan platformasını yaratdıq. İndi isə qarşımıza məqsəd qoyduq ki, o platformadakı startaplar, internet biznesləri ilə bağlı maarifçilik işləri aparaq. Biz institutlarda, universitetlərdə, müxtəlif qurumlarda tədbirlər keçirdik, bu istiqamətdə böyük işlər apardıq. İndiyə qədər Azərbaycanda bu infrastruktrun formalaşmasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN), Yüksək Texnologiyalar Parkı, İnformasiya Texnologiyalar İnkişafı Dövlət Fondunun rolu olub. Az-çox gözəçarpan startaplar olduğuna görə biz hesab etdik ki, onların özlərini təqdim edə bilməsi, vahid bazanın yaranması üçün resurs olsun. Bu portalda Azərbaycanın bütün iddialı startapları, proqramçıları, mütəxəssisləri öz əksini tapacaq. Hesab edirəm ki, indiki mərhələdə buna ehtiyac var.”
cheap viagra to canada https://cialisfavdrug.com order cialis online with prescription