Müsahibə, Sosial, ZZ-Manşet

“PR sahəsində təlimlərin təşkilinə ehtiyac var”

1-aB47A002630 Sentyabr tarixində “Excelsior Hotel & Spa Baku” otelinin dəstəyi, “Baku School of PR” şirkətinin və “Azərbaycan İctimaiyyətlə Əlaqələr Asossasiyası”nın  (APRA) təşkilatçılığı ilə PR mütəxəssislər üçün “Böhrandan əvvəl və sonra PR və Kommunikasiya” mövzusunda növbəti təlim keçirilib.

Təlim ABŞ-ın nüfuzlu Maryland Universitetinin  məzunu, “PreMark” PR və Media konsaltinq xidmətinin rəhbəri Azər Nəzərov tərəfindən aparılıb.

Təlimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN), AtaHolding, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, “Bakı Metropoliteni” QSC, Mərkəzi Bank, Azərbaycan Dövlət İqtisad Universiteti, “UniBank”, Veysəloğlu, “BEST Solution”, “HED Academy” və digər dövlət və kommersiya təşkilatların ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisləri iştirak ediblər.

Təlim barədə fikirlərini GSR.fm-lə bölüşən “PreMark” PR və Media Məsləhətçiliyi xidmətinin rəhbəri Azər Nəzərov təlimi yüksək qiymətləndirdiyini  və  bu kimi  təlimlərin  təşkilinə   ehtiyac olduğunu bildirib:

APRA-nın təşkil etdiyi təlim birbaşa olaraq bu sahə üzrə ixtisaslaşmış  PR mütəxəssislərinə aid idi.  Yəni, təlimdə iştirak edən şəxslərin mövzu ilə bağlı kifayət qədər iş  təcrübələri var və peşəkardırlar.  Biz təlimdə diqqətimizi daha çox böhrandan əvvəl və  sonra üçün olan PR və kommunikasiyaya ayırmışdıq.

Bu sahədə mütəmadi olaraq təkmilləşdirmə təlimlərinin, kursların, proqramların təşkilinə böyük ehtiyac var və APRA-nın bu sahədə kifayət qədər uğurlar qazanacağına əminəm. İnanıram ki,  məhz APRA-nın təsiri ilə Azərbaycanda birbaşa olaraq PR sahəsi öz inkişaf xəttini tutacaq.1-aB47A0014

Bu mövzuda olan təlimin keçirilməsi təklifinin məhz Azərbaycanda PR mütəxəssislərinin Asossasiyasından gəldiyini, onların dəvəti və əsas təşkilatçılığı ilə təlimin təşkil olunduğunu deyən Azər Nəzərov qeyd edir ki, bu təşəbbüs artıq Azərbaycanda da PR mütəxəssislərinin böhran  kommunikasiyası kimi məsələrə ciddi yanaşdığını, bu sahədə olan dünya təcrübəsinin tətbiqində maraqlı olduqlarını göstərir:

Birbaşa olaraq deyə bilmərəm ki,  məhz mənim təlimimdən nəsə  əldə etdilər, amma düşünürəm ki,  bu təlim  iştirakçıların böhran  kommunikasiyası  üzrə gələcək işlərinə  müsbət  təsir edəcək.

Azər Nəzərov həmçinin, Azərbaycanda böhran zamanı kommunikasiyanın vəziyyətindən də danışıb. O, PR sahəsinin Azərbaycanda yeni olduğunu və buna görə də bu sahədə boşluqlar olmasını normal qarşıladığını bildirib:

Bu sahə üzrə çalışan şəxslərin hazırda ən böyük çətinliklərindən biri ictimaiyyətlə əlaqələr işinin mətbuat xidmətinin işindən fərqli olduğunu  izah etməkdir. Ona görə də, hazırda böhran kommunikasiyasının yüksək səviyyədə olması ilə bağlı fikir bildirə bilmərəm. Apardığımız monitorinqlər göstərir ki, Azərbaycanda olan şirkətlər, qurumlar hələ böhran kommunikasiya strategiyasına tam sahib deyillər. Mövcud strategiyaları isə demək olar ki, ya zəifdir, ya yoxdur ya da gecikmiş, vaxtında atılmamış strateji addımlardır. Bu səbəbdən PR  menecerlər yaranmış böhran vəziyyətlərində  problemi sürətli həll edə bilmirlər.

1-aB47A0006

1-aB47A0074

1-aB47A0123

 

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.