İqtisadiyyat, ZZ-Manşet

Prezident əmlak və torpaq vergisini təsdiqlədi

ilham-eliyev-serencam-570x360Binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanacaq

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiqləyib.

GSR.fm Marja-ya istinadən xəbər verir ki, dəyişikliklərə əsasən, binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanacaqdır. 2015-ci ilin 01 yanvar tarixindən etibarən yaşayış sahələrinə münasibətdə binaların sahəsinin 30 kvadratmetrdən artıq olan hər kvadratmetrinə görə yeni dərəcələr ilə əmlak vergisi ödəniləcəkdir.

Bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının (Nazirlər Kabinetinin) müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə hesablanacaqdır.

Əmlak vergisi aşağıdakı cədvələ əsasən hesablanacaqdır:

Yaşayış məntəqələri Fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələri (manatla)  
  Bakı 0,4  
  Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu 0,3  
  Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri 0,2  
  Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla) 0,1  

 

 

 

 

 

 

Bir neçə sahibi olan bina üzrə əmlak vergisi həmin binanın hər sahibi üçün onun binanın sahəsindəki payına uyğun olaraq, bu Məcəllənin 200.1ci maddəsində müəyyən edilmiş qaydaya uyğun olaraq hesablanır.

Həmçinin 2015-ci ilin əvvəlindən, kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, torpaq sahəsinin hər 100 kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunacaqdır:

Yaşayış məntəqələri Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar (manatla)  

Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu  torpaqlar (manatla)

 

 
10000 m²- dək olduqda 10000 m²- dən yuxarı olan hissə üçün 10000 m²- dək olduqda 10000 m²–dən yuxarı olan hissə üçün  
 

Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri

 

10

 

20

 

0,6

 

1,2

 
Gəncə, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunun qəsəbə və kəndləri 8 16 0,5 1,0  
Digər şəhərlər və rayon mərkəzləri 4 8 0,3 0,6  
Rayon tabeliyində olan şəhərlər, qəsəbələr və kəndlər 2 4 0,1 0,2  

 

 

 

 

”.

Qanun 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.