Siyasət, Xəbərlər, ZZ-Manşet

Prezident Füzulidə xalça kombinatının açılışında iştirak edib

100

Füzuli rayonuna səfər edən prezident İlham Əliyev “Azərxalça” ASC-nin ilk filialının – xalça kombinatının açılışında iştirak edib.

GSR.fm-in APA-nın xəbərinə görə, iqtisadiyyat naziri Şahin Mustafayev prezident İlham Əliyevə məlumat verib ki, ilkin mərhələdə “Azərxalça” ASC-nin Füzuli rayonu ilə yanaşı, Ağdam, Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı, Xaçmaz, Qəbələ rayonlarında da filiallarının yaradılması nəzərdə tutulub. Hazırda bu rayonlarda filial binalarının tikintisinə başlanılıb. Yerlərdə “Azərxalça”nın xalçaçılıq üzrə hazırlıq-tədris kursları, ustad dərsləri təşkil edilib, işçi potensialının müəyyənləşdirilməsi və gücləndirilməsi üçün müvafiq tədbirlər görülüb.

“Azərxalça” ASC-nin idarə heyətinin sədri Vidadi Muradov dövlət başçısına görülən işlərlə bağlı ətraflı məlumat verib.

Bildirildi ki, Horadizdə yaradılan filial Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən olan Qarabağ xalçaçılıq məktəbini təmsil edəcək.

Dövlət başçısı kombinatın işçiləri ilə söhbət edib, iş prosesini izləyib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.