Siyasət, ZZ-Manşet

Prezident hərbi çağırış haqqında sərəncam imzalayıb

prezident-serencamAzərbaycan prezidenti İlham Əliyev Azərbaycan vətəndaşlarının 2017-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

GSR.fm-in APA-ya istinadən verdiyi məlumata görə, 1999-cu ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1982-1998-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2017-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılır.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2017-ci il yanvarın 1-dən 30-dək ehtiyata buraxılır.

Öncəki xəbərNövbəti xəbər