boş bölmə, Sosial, ZZ-Manşet

Prezident körpünün açılışında iştirak edib

ilham-aliyevPrezident İlham Əliyev Hacıqabul-Bəhrəmtəpə yolunun Şirvan şəhərindən keçən hissəsində – Kür çayı üzərində inşa olunan avtomobil körpüsünün açılışında iştirak edib.

GSR.fm Prezident.az-a istinadən xəbər verir ki, Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə məlumat verib ki, körpünün uzunluğu 317 metr, eni isə 15 metrə yaxındır. 2011-ci ildən başlayan tikinti işləri yekunlaşıb və yeni, müasir standartlara uyğun körpü artıq istismara hazırdır.

Körpünün tikintisi zamanı nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud dəmir konstruksiyalı köhnə körpüdə tikinti-quraşdırma işləri həyata keçirilib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.