Sosial, ZZ-Manşet

Prezident türkiyəli həmkarına başsağlığı verib

ilham-eliyev-serencam-570x360Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

GSR.fm APA-ya istinadən xəbər verir ki, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Prezident, əziz qardaşım, Adana vilayətinin Aladağ rayonunda şagird yataqxanasında baş vermiş yanğın nəticəsində insan tələfatı və yaralananlar barədə xəbər bizi son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Allah rəhmət eləsin!”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.