Siyasət, Xəbərlər, ZZ-Manşet

Prezidentə sui-qəsd planı ilə bağlı istintaqa başlanılıb

3d45db23d90d80815babdbdf77915c60

Misir Baş Prokurorluğu ölkə prezidenti Abdel Fəttah as-Sisiyə qarşı planlaşdırılan sui-qəsd  cəhdi və Qahirədə kütləvi iğtişaşa hazırlıqla bağlı cinayət işi açıb.

GSR.fm-in APA-ya istinadən verdiyi məlumata görə, Baş Prokurorluğun Dövlət Təhlükəsizliyi Aparatı dövlət başçısı da daxil olmaqla, yüksək vəzifəli şəxslərin terror təşkilatı tərəfindən öldürülməsi planı barədə əməliyyat-axtarış tədbirlərinin nəticələrini təqdim edib və istintaq başlayıb.

Terror aktının həyata keçirilməsi üçün minalanmış avtomobillərdən istifadə edilməsinin planlaşdırıldığı üzə çıxıb. İstintaqla bağlı digər məqamlar barədə məlumat verilməyib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.