Siyasət, ZZ-Manşet

“Prezidentlərin ABŞ-da görüşü keçirilə bilər”

ilham-sarkisyanAzərbaycan və Ermənistan prezidentləri Vaşinqtonda keçiriləcək Nüvə Təhlükəsizlik Sammiti çərçivəsində görüşə bilərlər.

GSR.fm-in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın “Aykakan Jamanak” qəzeti yazıb.

Qəzetin diplomatik mənbəyə istinadən verdiyi məlumata görə, ATƏT-in Minsk qrupu həmsədrləri, xüsusilə ABŞ hər iki ölkə prezidentinin görüşünün təşkili üçün səylərini əsirgəmir.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan martın 31-də Vaşinqtonda başlayacaq Nüvə Təhlükəsizliyi Sammitində iştiraklarını təsdiqləyiblər.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.