Siyasət, ZZ-Manşet

Putin və Poroşenko Ukraynadakı vəziyyəti müzakirə ediblər

putin porosenkoRusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Pyotr Poroşenko ilə Ukraynadakı son vəziyyəti müzakirə ediblər.

GSR.fm-in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Münaqişə tərəflərinin, bütövlükdə, atəşkəs rejiminə əməl etməsindən qarşılıqlı məmnunluq ifadə olunub. ATƏT-in xətti ilə vəziyyətin monitorinqinin zəruriliyi qeyd olunub. Donetsk və Luqansk vilayətlərinin sakinlərinə humanitar yardımın çatdırılması məsələlərinə də toxunulub”, deyə məlumatda bildirilir.

Telefon danışığı zamanı prezidentlər arasında Ukrayna- Aİ assosiasiya sazişinin qüvvəyə minməsinin Gömrük İttifaqı ölkələri üçün  fəsadları kontekstində fikir mübadiləsi aparılıb.

Putin və  Poroşenko dialoqun davam etdirilməsinə dair razılığa gəliblər.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.