Siyasət, Z-Manset, ZZ-Manşet

Putinin dəstəklədiyi partiya irəlidədir

putin

Rusiyada keçirilən parlament seçkilərində səslərin demək olar ki, yarısını qazanan hakim Vahid Rusiya partiyası nəticələrinə görə irəlidədir, exit poll və hesablanan nəticələr bunu göstərir.
GSR.fm BBC-yə istinadən xəbər verir ki, Putin  partiyanın çox yaxşı nəticələr əldə etdiyini qeyd edib.
Millətçi LDPR və Kommunist partiyası hər biri 14-16 faiz səs çoxluğu ilə Vahid Rusiya-dan sonrakı yerdə qərarlaşır.
Liberal müxalifət partiyası parlamentdə təmsilçilik üçün lazım olan 5 faizlik baryeri aşa bilməyib.
VTsIOM exit polu baş nazir Medvedyevin rəhbərlik etdiyi Vahid Rusiyanın 44.5 faiz səs topladığını deyib, İctimai Fikir Fondunun rəqəmi isə bundan çox olub, 48,7 faiz.
Bir qədər sonra rəsmilər qismən yüksək səs toplamları haqda nəticələri təsdiq ediblər. Yarıdan çoxu sayılan bülletenlər göstərib ki, Vahid Rusiya səslərin 50 faizdən çoxunu qazanıb.
İki exit poll LDPR və ya Kommunistlərin hansı hesabla ikinci və üçüncü yeri bölüşməsi haqda müxtəlif rəqəm səsləndirib, lakin hər bir halda hər iki partiyanın çox geridə olduğu deyilir.
Ədalətli Rusiya 8 faiz səs çoxluğu ilə dördüncü yerdədir.
Bu dörd partiya ötən Dövlət Dumasında say çoxluğu ilə üstünlük təşkil edirdilər.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.