Cəmiyyət

Qəzet köşkü, yoxsa market?

Bakı şəhər sakini Pərviz Hüseynov yeni “Kiosk Press”lərdə kassa aparatının olmadığından aldığı məhsullar üçün çek əldə edə bilməməsindən şikayətlənir.

Pərviz Hüseynov:

Çekin verilməməsi onlara sərf edir, yəqin ki, ona görəki qiymətin artması onlara, artıq qiymətə satırlar da,  baha satırlar. Amma çek verilmir, çek verilsə, yəqin ki, ucuz verəcəklər, ona görə də onlara sərf eləmir. Obyektivlik olmur da qiymətlərdə.

Adının çəkilməsini istəməyən köşk satıcısı da köşklərdə kassa aparatının olmadığını və alıcılara çek verilmədiyini təsdiq edir. Amma əgər alıcı qaimə istəsə, verməyə hazır olduqlarını da deyir.

Köşk satıcısı:

Yox çek verilmir. Çünki kiçik olduğuna görə, sahəsi kiçik olduğuna görə, çeklər istifadə olunmur.

İqtisadiyyat üzrə ekspert Azər Mehdiyev ümumiyyətlə, yeni “Kiosk Press”lərdə qəzet və jurnallardan başqa digər məhsulların satışının ciddi müzakirə obyekti olduğu fikrindədir. Onun sözlərinə görə, yeni açılan köşklərdə ərzaq məhsullarının satışı üçün zəruri şərait yoxdur. İnsanlar həmin köşklərdən qida məhsulları almaqdan çəkinməlidir.

Yeni “Kiosk Press”lərdə kassa aparatının olmamasını da şərh edən ekspertin fikrincə, əgər sözü gedən köşklərdə qəzetdən başqa məhsullar satılırsa, orada kassa aparatının olması mütləqdir.

Azər Mehdiyev:

Burada ayrı hüquqi və fiziki şəxs olmadığına görə, ayrıca vergi ödənişi olmadığına görə, indiki halda onların məhsulda dəqiq uçotu aparılan qəzetlər olduğuna görə burda qoyulmaya bilər. Ancaq onlarda ərzaq məhsullarının satışı nəzərdə tutulmayıb. Bir halda ki, onlar ərzaq məhsullarının satışını həyata keçirirlər mütləq şəkildə onların hər birinin kassa aparatı olmalıdır. Məhz qəzet, jurnalların uçotu aparılır o satışla. Digər məhsullar onların əsas təyinatından yayındıran məhsul olduğuna görə, onların uçotu aparılmır və təbiiki, onlar da belə deyək, faktiki olaraq, ciddi dövriyyə baş verir.  

“Konstitusiya” Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev isə bildirir ki, kassa aparatının olmaması vergidən yayınmaya və dövriyyənin gizlədilməsinə gətirib çıxara bilər .

Əliməmməd Nuriyev:

Belə olan halda istehlakçının hüquqları müdafiə olunmur. Köşklərdə qəzet elə çox satılmır. Bu da başa düşüləndir. Çünki köşklər şübhəsiz ki, həm orda çalışan insanların əmək haqları ödənilməlidir, həm vergilər verilməlidir. Qəzetlər, əslində əsas dəftərxana ləvazimatları əsas materialı olmalıdır bu köşklərin . Əsas məsələ budur. Çünki onların təyinatı budur. Kassa aparatı niyə də olmasın? Kassa aparatı hər yerdə olmalıdır. Xidmət göstərirsə, xidmət göstərən qurumda kassa aparatı olmalıdır.

Yeni “Kiosk Press”lərdə kassa aparatının olmamasının səbəbini öyrənmək üçün Azərbaycan Respublikası Vergilər Nazirliyinin 195 çağrı mərkəzi ilə əlaqə saxladıq. Suallarımızı cavablandıran “Qaynar xətt”in əməkdaşı bildirdi ki, vergi məcəlləsinin 16.1.8.1-ci maddəsinə əsasən, qəzet və jurnalların satışı dövriyyədə olan malların satışından 50 % çox olduqda, kassa aparatı olmaya bilər.

Qaynar xətt:

16.1.8.1-ci maddədə qeyd olunur ki, qəzet və jurnalların satışı, belə satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 %-dən çox olduqda, bu halda həmin köşklər qəbzlə işləyə bilərlər. Yəni kassa aparatı qoyulmaya bilər. Yəni orda qəzetdən başqa, başqa  belə deyək, suvenermi deyim, xırdavatmı deyim satılsa və bu, qəzetin belə satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 %-dən çox olduqda  yəni qəzet və jurnalların, onlar kassa aparatı tətbiq etmədən qəbzlə işləyə bilərlər.  Qəbzlə əgər işləməyəni varsa, siz bu barədə şikayət verə bilərsiz.

“Azadlıq” qəzetinin redaktor müavini Rahim Hacıyev  isə Azərbaycanda qəzet satışı ilə bağlı vəziyyətin yaxşı olmadığını deyir. Onun fikrincə,  yeni “Kiosk Press”lərdə qəzetlər heç də satılan məhsulların 50%-ini təşkil etmir, əksinə digər mallar qəzetlərdən daha çoxdur.

Rahim Hacıyev:

Çox təssüflər olsun ki, adları “Press Kiosk” olan o  köşklər heç də bu iş üçün nəzərdə tutulmayıb. Əvvəldən bəlli idi. Və onların heç də görünür ki, o qədər də marağı yoxdur qəzet satmağa. Qəzet satışı onlar üçün çox əhəmiyyətsiz məsələdir. Əlbəttəki, köşkdür, amma mahiyyət etibarilə orda məqsəd başqa malları satmaqdır. Digər tərəfdən də digər malların satışı ilə onlar çox ciddi şəkildə məşğul olurlar, nəinki qəzet satışı ilə.

Rahim Hacıyev  onu da qeyd edir ki, yerli və beynəlxal ictimaiyyətin köməyi ilə adı çəkilən köşklərdə qəzetin satışını təmin etmək üçün  uzun müddət mübarizə aparsalar da, buna nail ola bilməyiblər.

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.