İdman, Müsahibə, ZZ-Manşet

“Qalib gələ bilsək, 3 xal ilə rekorda nail olacağıq”

senan

11 Noyabrda futbol üzrə Dünya Çempionatı 2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan səfərdə Şimali İrlandiya ilə qarşılaşacaq. Oyunu fransız hakim Klement Turpin idarə edəcək.

Oyunla bağlı GSR.fm-ə müsahibə verən futbol şərhçisi Sənan Şəfizadə oyundan gözləntilərin fərqli olduğunu bildirib. O, əlavə olaraq qeyd edib ki, axşamkı oyunda bizə baxımlı oyun deyil, xal lazımdır:

“Sözün düzü oyundan gözləntimiz bir az fərqlidir. Çünki Şimali İrlandiya nə Çexiya, nə Norveç, nə də ki, San Marinodur. San Marino cırtdan ölkədir. Bilirik ki, komandanın futbol potensiyalı yüksək deyil. Norveçin hazırkı vəziyyəti hamıya bəllidir. Norveç çox güclü olmayan komandadır. Onlarda hazırda ciddi problemlər var. Çexiyada isə rəsmi dəyişmə baş verib. Avropa çempionatından sonra təcrübəli futbolçular komandadan ayrıldı. Yəni, bu üç komandadan biz 7 xal topladıq, qapımızı toxunulmaz saxladıq. Məsələn, cəsarətlə Çexiya ilə oyun ərəfəsində 1 xal gözlədiyimi deyirdim. Norveç oyununda isə qələbə gözləyirdim, bilmirdim necə olacaq. Amma Norveçə qalib gəlməyin mümkün olduğunu demişdim. Şimali İrlandiya ilə bağlı danışmaq çətindi. Düzdür, səfərdə oynayırıq. Bununla belə, Şimali İrlandiyaya nəhəng komanda deyib şişirtmək düzgün deyil. Sadəcə olaraq Ş. İrlandiya Belfastda – doğma meydanda çox yaxşı oynayır. Son altı oyunda məğlub olmayıb. Nəzərə alsaq ki, 2014-çü ildə olan oyunda bizim komandamız bu yığmadan 4 xal almışdı. Səfərdə rəqib komanda son dəqiqələrdə hesabı bərabərləşdirdi və hesab 1-1 oldu.  Bakıdakı oyunda isə hesab 2-0 oldu və qələbə qazandıq. Həmin seçmə mərhələdə millimiz bizi çox sevindirmişdi. Düzdür, seçmə mərhələnin sonu idi və Şimali İrlandiya artıq həvəsdən düşmüşdü. Çünki iddiası qalmamışdı qrupdan çıxmağa. Amma 2-0 tarixdə qalan nəticədir. Yüksək səviyyəli nəticəyə sevinmək istərdik. Bu gün bir xal qazansaq, mən onu maksimum nəticə kimi sayacam. Əgər qalib gələ bilsək, bu 3 xal ilə rekorda nail olacayıq. Çünki milli komandamız indiyə qədər 10 xal qazanmayıb. Seçmə mərhələdə rekord xal sayımız 9 xaldır”.

Azərbaycan millisinin  baş məşqçisi Robert Prosineçki noyabrın 10-da mətbuat konfransı keçirib və Rəşad Sadıqovun zədə səbəbindən oyunda olmayacağını bildirib. Sənan Şəfizadə bu məsələ ilə bağlı qeyd edib ki, Rəşad Sadıqov təcrübəli və ölkəmizdə milli komandanın, klubların ehtiyacı olan tək-tük futbolçulardan, müdafiənin əsas dayaqlarından biridir:

“Sözsüz ki, Rəşad Sadıqovun zədəli olması və bu oyunda iştirak etməməsi komandamıza müəyyən mənada mənfi təsir göstərəcək. Bununla belə, fikrimcə, milli komandada kifayət qədər təcrübəli futbolçularımız var. Bu futbolçular Rəşad Sadıqovun yoxluğunu unutdurmağa çalışacaq və buna nail ola biləcəklər. Çünki futbolda əvəzolunmaz futbolçu yoxdur. Sözsüz ki, Rəşadın qətiyyəti və əzmkarlığı, meydanda olması  çox müsbət haldır. Sadıqov meydanda olduğu zaman həm kapitan kimi, həm də bir müdafiəçi kimi yığmanın uğuru üçün çalışıb. Amma bu gün gərək Rəşad Sadıqovun komanda yoldaşları onun yoxluğunu unutdurmağa çalışsınlar”.

Milli komandada debütant olan Dəniz Yılmazın Ramil Şeydayev ilə oyunu haqqında  fikir bildirən Sənan Şəfizadə qeyd edib ki, hər iki oyunçunun oyununun necə alınacağını yalnız meydan göstərə bilər:

“Prosineçki söyləyib ki, Dənizin yığmada olmasına çox şaddır, ona inanır və sözsüz ki, əsas heyətdə Dəniz yoxdur. Amma ola bilər ki, lazım olsa əvəzetmədə meydana daxil olsun. Bunu, ancaq oyun göstərəcək. Fikrimcə, Prosineçki üç oyuna 7 xal toplamaqla komandanın baş məşqçisi kimi müəyyən mənada hörmət və nüfuz qazanıb. Bu hörmət və nüfuzu bir futbolçuya görə xərcləmək istəməz. Buna görə, o da ehtiyyatlı və təzyiq altındadır. Sözsüz ki, komandada oyunun gedişindən çox şey asılı olacaq. Əsas heyətdə Emin Mahmudovla Ramil Şeydayevin oyunda olması, hücumda futbolçularımızın daha maraqlı və dəqiq oyunu hiss olunarsa və eyni zamanda Şimali İrlandiyanın bizə təqdim edəcəyi oyuna reaksiyamız oyunun gedişinə təsir göstərəcək. Ondan sonra biləcəyik ki, Dəniz Yılmaz meydana çıxacaq və necə oynayacaq. Mən inanmıram ki, Dəniz Yılmaz tək komandanın meydanda oyununa təsir edən futbolçu olsun. Dəniz Yılmaz hazırda elə futbolçu deyil. Mənim fikrimcə, Prosineçki onu meydana yalnız oyunun son 20-25 dəqiqəsində buraxacaq. O da nəticədən asılıdır. Oyunda elə bir nəticə olar ki, Prosineçki tam fərqli futbolçunu meydana çıxarsın. Nəticədən asılı olaraq Robert Prosineçki baxacaq ki, müdafiəni gücləndirsin, yoxsa əksinə, Şimali İrlandiyanin qarşısını almaq üçün hücuma keçsinlər”.

Qeyd edək ki, Şimalı İrlandiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Öncəki xəbərNövbəti xəbər

57 şərh

  1. Thanks , I’ve just been looking for information about this subject for a while and yours is the
    greatest I’ve came upon so far. But, what in regards to the bottom line?
    Are you certain in regards to the supply?

  2. We are a gaggle of volunteers and opening a new scheme in our community.
    Your site offered us with helpful information to work on. You’ve done an impressive job and our whole neighborhood
    will likely be thankful to you.

  3. I loved as much as you will receive carried out right here.
    The sketch is tasteful, your authored material stylish. nonetheless,
    you command get bought an nervousness over that you wish be delivering the
    following. unwell unquestionably come more formerly again as exactly the same nearly a lot often inside case you shield this increase.

  4. Wonderful goods from you, man. I have understand your stuff previous to and you are just too great.
    I really like what you have acquired here, really like what you
    are stating and the way in which you say it. You make it entertaining
    and you still care for to keep it smart. I can’t wait to read far more from you.
    This is really a terrific web site.

  5. Right here is the perfect webpage for anyone who would like to understand this topic.
    You realize a whole lot its almost hard to argue with you (not that I really would want to…HaHa).
    You certainly put a fresh spin on a topic which has been discussed for many years.

    Excellent stuff, just wonderful!

  6. I do consider all of the ideas you’ve introduced for your post.

    They’re very convincing and can certainly work.
    Still, the posts are very quick for beginners.

    May just you please prolong them a bit from next time? Thanks for the
    post.

  7. Greetings from Los angeles! I’m bored to tears at work
    so I decided to browse your website on my iphone during lunch break.
    I really like the knowledge you provide here and
    can’t wait to take a look when I get home.
    I’m amazed at how quick your blog loaded on my phone ..
    I’m not even using WIFI, just 3G .. Anyways, excellent site!

  8. Simply desire to say your article is as astounding.

    The clarity in your post is just spectacular and i can assume
    you are an expert on this subject. Well with your permission allow me to grab your RSS
    feed to keep up to date with forthcoming post. Thanks a million and please carry on the rewarding work.

  9. I will immediately seize your rss feed as I can’t find your e-mail subscription link or newsletter service.
    Do you have any? Please permit me know in order
    that I could subscribe. Thanks.

  10. Hi, I do think this is an excellent blog. I stumbledupon it 😉 I may revisit once again since i have book-marked it.
    Money and freedom is the best way to change, may you be
    rich and continue to help other people.

  11. I think this is among the most significant information for
    me. And i am happy studying your article. However want to remark on some general things, The web site taste is wonderful, the articles is
    truly nice : D. Just right task, cheers

  12. Having read this I believed it was very enlightening.
    I appreciate you finding the time and energy to put this content together.
    I once again find myself personally spending a lot of time both
    reading and commenting. But so what, it was still worth it!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.