P.S, Xəbəriniz olsun, Z-Manset

“Qanlı şahmat” - Xəbəriniz Olsun

Orta əsrlər dövrü qəddarlıqlarla doludur. Ən qəddarı isə ispan inkvizatoru Pedro de Arbues de Epila sayılır. Onun qəddarlığından belə nəticəyə gəlmək olar ki, bu insan azğın idi. Onun fikrincə, insanları öldürmək üçün çox maraqlı bir üsul icad edib. Bu oyun “canlı şahmat” adlanırdı.

39cc9260

Bir çox insan fikirləşirdi ki, Pedro ağlı başında olmayan biridir. Halbuki bu yanlışdır. Pedro yüksək təhsil almış, eyni zamanda mömin biri idi. Bunun təsdiqi olaraq o, 1474-cü ildə Araqonun inkvizatoru təyin edildi. Ancaq bu qərarın nəticəsində bir çoxları həyatından məhrum oldu. Onun üçün insanları edam elətdirmək heç nə idi.

“Canlı şahmat” oyununu yaratmaqda onun məqsədi edamı “əyləncəli” etmək idi. Və bu oyunda insanın günahkar olub-olmaması heç bir önəm kəsb etmirdi. Adamlara oyundakı kimi ağ və qara paltar geyindirib, şahmat lövhəsində yerbəyer edirdilər. Canlı fiqurlarla iki kor rahib oynayırdı.

59661514afc1ea3aff903f8b17543e67

 

Hansısa fiqur qazanılanda cəllad gəlirdi və “canlı fiquru” öldürürdü. Üsullar isə qəddar idi: cəllad nizəni insana soxurdu yaxud başını vururdu. Təsəvvür etmək çətin deyil ki, oyunun sonunda bütün lövhə necə qan və cəsədlərlə dolu olurdu. Maraqlısı da bundadır ki, qalib gələn “fiqurlar”ı heç də buraxmırdılar. Bu “bəxtəvərlər”i tonqalda yandırırdılar. Proses isə “od ilə təmizlənmə” adlanırdı.

Və inanılmazdır ki, katolik kiləsəsi Pedronu şəhid elan edib. O, 1485-ci ildə öldürülüb. Hələ bu harasıdır? 1661-ci ildə VII Papa Aleksandr onu saleh elan edib. Məşhur IX Piy isə 1867-ci ildə onu “Müqəddəslərin sima”sı adı ilə mükafatlandırıb.

Hazırladı: Rəna Hüseynova
Mənbə: mif-facts.com.ua

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.