İqtisadiyyat, ZZ-Manşet

“Qantas” şirkətinin tarixində ən böyük zərər

qantasAvstraliyanın Milli Hava Yolu Şirkəti “Qantas”, 30 İyunda sona çatan 2014-cü il maliyyə ilində 2,84 milyard Avstraliya dolları, yəni təxminən 2,65 milyard dollar zərər açıqlayıb. Bu, şirkət tarixində açıqlanan ən böyük zərər olub.

GSR.fm Marja-ya istinadən xəbər verir ki, mövzu ilə əlaqədar verilən açıqlamada, bu rekord zərərə “Qantas”ın beynəlxalq uçuşları yerinə yetirən bölməsinin zərər etməsinin  səbəb olduğu qeyd edilib.

Qantasın maliyyə vəziyytindəki sürətli normallaşma gözləməsi və yeni maliyyə ilinin ilk rübündə mənfəət gözlədiyini qeyd etməsi ilə Avstraliya birjasında icra olunan şirkətin səhmləri səhərin erkən saatlarında 6% bahalaşıb.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.