Müsahibə, Sosial, ZZ-Manşet

“Qanun layihəsi kino sahəsi üçün uğurlu addımdır ”

kinolent

Bu gün Milli Məclisin Mədəniyyət komitəsinin iclasında yenidən hazırlanmış “Kinematoqrafiya haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Bu barədə Gsr fm-ə müsahibə verən rejissor Fehruz Şamıyev bildirib ki, qanun layihəsinin müzakirəsi uğurlu hadisədir:

Maliyyə vəsaitinin çox çətinliklə tapıldığı bir dönəmdə belə qanun layihəsi kino sahəsi üçün uğurlu addımdır. Düşünürəm ki, Azərbaycan kinematoqrafçıları bu qanundan yararlansa, filmlərin sayı, eyni zamanda kefiyyəti daha da artacaq, rəqabət güclənəcək. Azərbaycan film istehsalçıları xaricdən gətirilən texnika və yaxud avadanlıqlar üçün əlavə gəlir ödəyirdilər. Kino çəkilişi üçün idxal olunan texniki avadanlıqların vergi rüsumlarından 3 il müddətində azad olunması nəticəsində Azərbaycanın film sahəsində çox ciddi dəyişikliklər olacaq.”

Fehruz bəy onu da qeyd edib ki, Azərbaycan telekanallarında  yayımlanan xarici filmlər lisenziyalı olsa, bu yerli filmlərin nümayişinə böyük təsir göstərəcək.

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: doctor7online.com
  2. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.