Müsahibə, Siyasət, ZZ-Manşet

“Qanun layihəsinin qəbul ehtimalı yüksəkdir”

ak-parti-002-640x360

AKP yaxın 10 gün ərzində Türkiyədə prezident üsul-idarəsinin tətbiqini nəzərdə tutan Konstitusiyaya dəyişikliklər barədə layihəni parlamentə təqdim edəcək.

Bu barədə Gsr fm-ə  müsahibə verən Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, layihə qəbul edildiyi halda Türkiyədə idarəetmə sistemi kökündən dəyişiləcək:

“Türkiyədə prezident üsul-idarəsini gücləndirən qanun layihəsinin qəbul ehtimalı yüksəkdir. Çünki bu məsələyə Ədalət və İnkişaf Partiyasının müxalifət mövqeyində dayanan milliyətçi hərəkat partiyası rəhbərlik  edir. Düşünürəm ki, bu partiyanın səyi nəticəsində layihə alınacaq.Alınmasa belə  ikinci alternativ yol məsələnin ümumxalq səsverməsinə çıxarılmasıdır. Prezidentlərin səlahiyyətləri geniş olmasa da, Rəcəb Tayyip Ərdoğan bir çox  məsələlərə müdaxilə edir və öz mövqeyini ortaya qoyur. Onun da arqumenti bundan ibarətdir ki, Tükiyənin problemləri getdikcə dərinləşir, müxtəlif istiqamətlərdə təhlükələr çoxalır. Problemləri həll etmək və Türkiyəni təhlükələrdən sığortalamaq üçün mütləq prezidentin səlahiyyətləri  artırılmalıdır. Artırıldıqdan sonra ölkənin hansı yolda inkişaf edəcəyini biz gələcəkdə görəcəyik. Prezident üsul idarəsi bir əldə cəmləşəcəksə, problemlərin daha qısa zamanda həllinə imkan yaradılması mümkündür.”

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.