İdman, Müsahibə, ZZ-Manşet

“Qarabağ” iki yeniliyə birdən imza atdı”

110b3adb6dc2acc887c118cb69c501543 noyabrda Avropa liqasının qrup mərhələsinin IV turunda cavab oyunları baş tutub. “Qarabağ” 1:0 hesabı ilə “PAOK”a qalib gəlib. Oyun haqqında GSR.fm-ə müsahibə verən idman şərhçisi Rövşən Binnətli bildirib ki, bu oyunda əksər komponentlərdə “Qarabağ”  “PAOK”dan üstün idi:

“Qarabağ” təsnifat mərhələlərindəki oyununa görə çox tənqid olunub. Bu komandada hazırlıq prosesi bir az fərqli olur. Yəni “Qəbələ”də təsnifat oyunları zamanı hazırlıq pik formada olduğu halda, “Qarabağ” o pik formaya oktyabrın axırlarında gəlib çatdı. Növbəti dəfə də belə oldu. Qurban Qurbanovun mövsümi hazırlıq planında bu qırmızı xətt kimi keçir. İndiki halda da bu hazırlıq özünü nəticədə göstərdi və “PAOK”u yenicə məğlub elədik. Ardınca da səfər qələbəsi oldu və “Qarabağ” birdən-birə iki yeniliyə imza atmış oldu. Həm qrup turnirində ardıcıl qələbə qazanan ilk komanda oldu, həm də ümumiyyətlə, qrup turnirində iki qalibiyyəti olan ilk komanda kimi futbol tariximizə düşdü. “Qarabağ” çox səviyyəli oyun göstərdi, hesab daha böyük ola bilərdi. Son dəqiqələrdə əlverişli vəziyyət oldu. Ancaq önəmli olan o 3 xalı qazanmaq idi. Düşünürəm ki, bu qələbə “Qarabağ”ın qrupdan çıxmaq istiqamətində çox önəmli addım oldu. Komanda təxminən 80% qrupdan çıxma məsələsini həll edib. Buna görə yalnız “Qarabağ”a təbriklər düşür”.

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.