İdman, Müsahibə, ZZ-Manşet

“Qarabağ” meydan sahibi olduğunu təsdiqlədi”

foto1

Dünən Avropa Liqasının qrup mərhələsində üçüncü turun oyunları keçirilib. “Qarabağ” öz meydanında PAOK-u qəbul edib. Ağdam klubu 2:0 hesabı ilə qalib gəlib. Bununla da “Qarabağ” qrupda ilk qələbəsini qazanıb.

Oyun barədə idman şərhçisi Sənan Şəfizadə Facebook səhifəsində məlumat verib. O, bildirib ki, “PAOK”dan da, “Slovan”dan da səfərdə xal almaq olar:

“Rəqibin düzgün təhlili və nəticədə tam layiq olduğumuz qələbədir. İlk hissədə bir qədər ehtiyatlı oynasaq da, fasilədən sonra “Qarabağ” meydan sahibi olduğunu təsdiqlədi. Gecənin siması məncə Dani Kintana oldu. Meydanın hər yerində sözünü deyirdi, Reynaldonun yoxluğunu da hiss etdirmədi. “PAOK”dan da, “Slovan”dan da səfərdə xal almaq olar. Qələbələri davam etdirmək lazımdır. Çünki, bu dəfə pley-off arzusunun reallaşacağı daha realdı.
Matçın gedişatı zamanı dayanmadan dəstək olan azarkeşlərə təşəkkür edirəm. Sayınız 30 min olmasa da, dəstəyiniz 40 minlik azarkeşin gücü qədər idi”.
Şərhçi həmçinin, “Qəbələ” “Sent-Etyen” matçı haqqında “Qəbələ” ilk 45 dəqiqədən sonra xoş sözlərə layıqdi. Heyətdə itkilər olmasaydı komanda daha fərqli oyun nümayiş etdirəcəkdi” şərhini verib.

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.