İdman, Müsahibə, ZZ-Manşet

“Qarabağ”ın şansı “PAOK”dan az olmayacaq”

uefaOktyabrın 20-də UEFA Avropa Liqasının qrup mərhələsində üçüncü turun oyunları keçiriləcək. Azərbaycan çempionu “Qarabağ” doğma meydanda Yunanıstanın PAOK klubu ilə üz-üzə gələcək.

 Bu barədə GSR.fm-ə CBC sport televiziyasının şef redaktoru Rövşən Binnətli müsahibə verib. O, deyib ki, “Qarabağ” qrupdan çıxma şansını saxlayır və bu onun öz əlindədir:

“Bunun üçün ilk növbədə “PAOK”u məğlub etmək lazımdır. Bugün komandamız bu vəzifənin öhdəsindən gələ bilərsə, qrupdan çıxmaq istiqaməti üzrə çox mühüm addım atacaq. Mənə elə gəlir ki, bugünki oyun həm “PAOK”, həm də “Qarabağ” üçün iki hissədən ibarətdir. Yəni Bakıdakı oyun və 4-cü turda Yunanıstanda keçiriləcək oyun. Bu iki oyuna əslində vahid bir oyun kimi baxmaq lazımdır. Nəzərə alsaq ki, “PAOK” “Slovan”ı səfərdə məğlub edib, o halda “Qarabağ” “PAOK”la oyunun hər ikisindən 4 xal götürə bilsə şansı heç də az olmayacaq. Əslində “PAOK”ın Avrokuboklardakı nəticəsi uğurludur. Bugünki oyunda “PAOK”u heç-heçə də qane edir. Çünki bunun ardınca komandanı yenidən qəbul edəcək. Ancaq “Qarabağ” mütləq qalib gəlməlidir. Bu mənada komandanın üzərinə çox ciddi məsuliyyət düşür. Onun öhdəsindən nə dərəcədə gələcəyi komandanın ümumi hazırlığından asılıdır. Hər halda komandamızın yaxşı oyun göstərəcəyinə, “Slovan”la oyunda buraxılan o səhvləri təkrar etməyəcəyinə və “PAOK”la görüşdə uğur qazanacağına inanıram. Hesab edirəm ki, bugün “Qarabağ” meydandan 3 xal qazanaraq ayrılacaq”.

Rövşən bəy, həmçinin Rəşad Sadıqovun oyunda olub-olmayacağının oyuna təsiri haqqında da danışıb. O, bildirib ki, Rəşad Sadıqov təkcə kapitan deyil, o meydanda komandanın ən çətin məqamlarda arxasınca aparmağı bacaran futbolçudur:

“Belə bir oyunçunun olmaması tək müdafiə xətti üçün yox, bütövlükdə komandanın oyununa mənfi təsir edən amildir. Amma futbolda bunlar qaçılmazdır. Görünür ki, bunları vaxtında düşünmək lazım idi. Bu sözsüz ki, komandamızın müdafiə olunma məsələsində müəyyən çətinliklər yaradacaq. Ancaq necə deyərlər “Özü yıxılan ağlamaz”.  Bu problemi özləri yaradıblar və həll etmək də öz boyunlarına düşür”.

Öncəki xəbərNövbəti xəbər

5 şərh

  1. Geri izləmə: doctor7online.com
  2. Geri izləmə: vagragenericaar.org
  3. Geri izləmə: generic ventolin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.