P.S, Xəbəriniz olsun, Z-Manset

Qarışqalar şahzadəsi 30 ilə qədər yaşaya bilir - Xəbəriniz Olsun

Siz yəqin bilirsiniz ki, qarışqa öz çəkisindən qat-qat çox yük daşıya bilir. Əslində bundan da təəccüblü faktlar var. Sən demə, qarışqa digər qarışqanı öz əsarəti altına alma bacarığına görə dünyada ən ağıllı həşəratdır. Bu kimi digər faktları bu yazıda sizə təqdim edirik.

1413790913_muravi

 

Qarışqa 110-130 milyon il bundan əvvəl təkamül yolu ilə arıya oxşar həşəratdan yaranıb. Bu o deməkdir ki, qarışqalar da dinozavrların dövründə mövcud idilər, ancaq onlardan fərqli olaraq indiyə kimi yaşamağı bacardılar.

1413790913_muravi-1

 

Qarışqa koloniyaları bir neçə ölçüdə ola bilər. Elə koloniya var ki, onlarla qarışqadan ibarətdir, eləsi də var ki, milyon qarışqadan.

1413790917_muravi-2

 

Qarışqalar bizim planetin demək olar ki, hər yerində koloniya yaradıb. Yalnız Antraktita və Arktikadan başqa.

1413790907_muravi-3

 

Qarışqaların 12 000 növü məlumdur. Onlar formasına, rənginə və ölçüsünə görə fərqlənirlər. Qarışqaların uzunluğu 0,7-dən 5 santimetrə qədər olur.

1413790858_muravi-4

 

Termitlər çox zaman qarışqa hesab edilir. Əslində isə onlar İsoptera dəstəsinə aiddir. Yəni qarışqalardan çox tarakanlara yaxındırlar.

1413790912_muravi-5

 

Bir neçə elmi araşdırmaya görə hazırda Yer kürəsində 10 000 000 000 000 000 qarışqa yaşayır.

1413790884_muravi-6

 

Qarışqalar şahzadəsi 30 ilə qədər yaşaya bilir. Yəni bu ölçüdə olan tənha həşəratdan təxminən 100 dəfə çox. İşgüzar qarışqalar 1 ildən 3 ilə qədər yaşayırlar.

1413790896_muravi-7

 

Qarışqalar başqa növdə olan qarışqaları əsir götürüb məcbur edirlər ki, onların koloniyası üçün işləsinlər.

1413790853_muravi-12

 

Ağır atletika qarışqaların yaxşı bacardığı yeganə idman növü deyil. Eyni zamanda onlar yaxşı qaça da bilirlər (saniyədə 7, 62 santimetr). Əgər insan da belə sürətlə qaçsaydı, onda saatda 55 kilometr qət edə bilərdi.

1413790867_muravi-13

Qarışqa 250 000 hüceyrədən ibarət beyinə sahibdir. Ona görə də həşəratlar içərisində ən ağıllı qarışqa hesab olunur.

1413790858_muravi-14

 

Qarışqanın qulağı yoxdur, ancaq eşidir. Dizdəki xüsusi sensorlardan istifadə etməklə yerdəki hərəkəti duya bilir.

1413790909_muravi-15

 

Hər koloniya özünəməxsus iyə sahibdir. Ona görə də özgə qarışqanı iyi ilə aşkar edirlər.

1413790934_muravi-16

 

Qarışqalar şahzadəsinin yeganə vəzifəsi yumurta qoymaqdır. Sonra bu yumurtadan çıxan işgüzar qarışqaları yuvanın dərinliklərinə yerləşdirirlər və hər gecə onları soyuqdan qoruyurlar.

1413790925_muravi-19

 

Onu da qeyd etmək lazımdır ki, “güllə qarışqası”nın dişləməsi ağır xəstəlik yaradır. “Dalayıcı qarışqa” nın dişləməsi isə insan üçün ölümcüldür. Xoşbəxtlikdən, bu zəhərə qarşı məhlul hazırlanıb.

Hazırladı: Rəna Hüseynova
Mənbə: bugaga.ru

Öncəki xəbərNövbəti xəbər