Maraqlı, Xəbəriniz olsun, ZZ-Manşet

Qarışqaların ölümünə səbəb olan “ölüm dairəsi” - Xəbəriniz Olsun

Adətən,qarışqalar öz ətraflarında dairə yaradıb fırlanırlar. Bəs bunun səbəbi, nəticəsi, məqsədi nədir görəsən?

qarısqa-2Gəlin bu hadisəyə daha yaxından baxaq. Beləki, qarışqalar hərəkət etdikləri zaman öz arxalarınca feromon (hormon daşıyıcı) izləri buraxırlar. Beləliklə, koloniyaya daxil olan digər qarışqalar bunu izləyərək həm yuvalarının, həm yem mənbələrinin, həm də təhlükəli ərazilərin harada olduğunu bilirlər. Qarışqalar istiqamət müəyyən etmələrinin əsası olan bu izləmə mexanikası feromon gücləndikcə daha da təsirli olur. Bəzən isə  bu bacarıqları onların əksinə işləyib təhlükəli nəticələr ortaya çıxara  bilir . Yəni bu, onlar üçün “ölüm dairəsi”nə çevrilir.  qarisqa-1

Hadisə belə baş verir. Koloniyasında hər bir qarışqaya inanan qarışqalar istiqamətini itirən qarışqanın feromon izini izləməyə başlayırlar. Təəssüf ki, bu məqamda onlar yolu azdıqlarından xəbərdar olmurlar. Daha sonra isə digər qarışqalar da buna qoşulurlar. Beləcə, fırlanmağa başlayırlar. Sıx feromon  ifraz edən qarışqalar elə bir vəziyyətə gəlib çıxır ki, saatlarla heç bir qarışqa bu dairədən çıxa bilmir və daha sürətlə fırlanmağa davam edir. Bu hadisənin nəticəsi isə qarışqalar üçün ağır olur. Dairə halında fırlanmaqdan yorulan  qarışqalar tək-tək ölməyə başlayırlar. Bütün koloniya ölənə qədər digər qarışqalar qarşısındakını izlədiyi üçün bu “ölüm dairəsi”ndən çıxa bilmirlər. Nəticədə  bir yığın qarışqa ölüsü yerdə qalır.s-257119dba71600994854f69967e4edb89a7c29c6

 

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.