Sosial

Qayğı mərkəzinin uşaqları üçün təmənnasız xidmət

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişi əsasında Bakı günərzi qayğı mərkəzinin çətin həyat şəraitində yaşayan ailələrinin 30 nəfər uşağı üçün təmənnasız stomatoloji müayinə və müalicə xidmətləri təşkil edilmişdir. Stomatoloji xidmət “Azercell Telekom” MMC tərəfindən təqdim edilən “Mobil Diş Klinikasın” və “Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyinin həkimləri  tərəfindən  həyata keçirilir.

Ən müasir tibbi avadanlıqla təchiz edilmiş “Mobil Diş Klinikası” günərzi qayğı mərkəzinin uşaqlarına 2 həftə müddətində diaqnostik baxış, həkim stomatoloqun müayinəsi və ehtiyaca uyğun diş çəkilməsi, plomblama, dişlərin təmizlənməsi və ağız boşluğunun profilaktik tədbirləri həyata keçirəcəkdir.

Bakı günərzi qayğı mərkəzi “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi” üzrə dövlət sifarişi əsasında yaradılmışdır.

Bakı günərzi qayğı mərkəzinin əsas məqsədi 03 – 12 yaş uşaqların müəssisələrə yerləşdirilməsi hallarının qarşısını almaq üçün onların fərdi ehtiyaclarına və bacarıqlarına uyğunlaşdırılmış kompleks tədbirlərini həyata keçirmək, yerli icma səviyyəsində sosial uyğunlaşma və inteqrasiya hüquqlarını təmin etmək, həmçinin çətin həyat şəraitində olan ailələrə dəstək göstərməkdən ibarətdir.

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. A lot of thanks for all your valuable effort on this web page. My niece loves doing research and it is obvious why. My partner and i hear all regarding the lively method you offer important strategies through the web site and in addition cause response from others about this point and our child is undoubtedly starting to learn a whole lot. Take pleasure in the remaining portion of the new year. You are carrying out a really great job.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.