Müsahibə, Siyasət, ZZ-Manşet

“Qazaxıstan Təşkilatda ikinci ən sanballı dövlətdir”

nazarbayevQazaxıstan prezidenti Nursultan Nazarbayev oktyabrın 13-də Ermənistana rəsmi səfər edəcək. O, oktyabrın 14-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının İrəvanda keçiriləcək iclasına da qatılacaq. Bundan əvvəl isə  oktyabrın 12-də Nursultan Nazarbayevin Azərbaycana rəsmi səfəri gözlənilir.

Qazaxıstan prezidentinin səfərləri ilə bağlı politoloq Zərdüşt Əlizadə GSR.fm-ə müsahibə verib. Ekspert bildirib ki, Nursultan Nazarbayev Ermənistana səfəri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıq apara bilər:

“Qazaxıstan Təhlükəsizlik Müqaviləsi Təşkilatında Rusiyadan sonra ikinci ən sanballı dövlətdir. Nazarbayev Azərbaycandan Ermənistana Qazaxıstanın prezidenti kimi gedir. Yəqin ki, öz həmişəki mövqeyini saxlayacaq. O, münaqişə ilə bağlı Ermənistana deyə bilər ki,  sən daşı tök ətəyindən, qarşılıqlı güzəşt, sülhə çalış. Ermənistan isə bu məsləhətə qulaq asacaq, asmayacaq deyə bilmirik”.

Öncəki xəbərNövbəti xəbər