İqtisadiyyat, ZZ-Manşet

“Qazıməmməd-Qazax” qaz kəmərində yenidənqurma işləri aparılır

qazAzərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) “Qazıməmməd-Qazax” magistral qaz kəmərində yenidənqurma işləri aparır.

GSR.fm-in APA-ya istinadən verdiyi xəbərə görə, ilkin mərhələdə kəmərin 114-138 kilometrlik hissəsində, Göyçay rayonu ərazisində işlər artıq başa çatmaq üzrədir. Hazırda magistral kəmərin Göyçay, Ağdaş və Yevlax rayonları ərazisindən keçən 138-148 və 170-210 kilometrlik hissələrində yenidənqurma işləri aparılır. Layihənin icrasında əsas məqsəd magistral qaz kəməri vasitəsi ilə Şirvan düzünün yamaclarından başlayaraq Böyük Qafqaz sıra dağlarının cənub yamaclarına qədər ərazilərə – Hacıqabul, Kürdəmir, Ağsu, Göyçay, Ağdaş və Yevlax rayonlarına təbii qazın itkisiz və fasiləsiz ötürülməsini təmin etməkdir. Boru kəmərinin ümumi uzunluğu 210 kilometrdir. Tikinti-quraşdırma işlərinin 4 il ərzində tam başa çatdırılması nəzərdə tutulur.

İşlər “Neftqaztikinti” Trestinin 2 saylı Tikinti-Quraşdırma İdarəsi tərəfindən həyata keçirilir. Boruların qaynaq prosesində Trestin balansında olan müasir tipli avtomat və yarımavtomat qaynaq aparatlarından istifadə edilir. Qaynaq işlərində yeni texnologiyaların tətbiqi neft-qaz xətlərinin tikintisi zamanı keyfiyyətli qaynaq işlərinin aparılmasına, qaynaq birləşmələrinin mexaniki xassələrinin stabil və keyfiyyətli olmasına zəmin yaradır.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.